AZ   |   RU
PKK bu gün silahı yerə qoyur

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 2024-cü ilin oktyabrında çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın “Daxil cəbhəni gücləndirək” mesajı ilə başlayan “Terrorsuz Türkiyə” quruculuğu prosesinin silahlanma mərhələsinə bir neçə saat qalıb.


Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, PKK terror təşkilatı bu gündən silahı yerə qoymağa başlayır. 


Qeyd olunub ki, silahı yerə qoyanlar İraqda qalacaqlar, lakin təşkilati fəaliyyətlə məşğul olmayacaqlar. Onlar təşkilat adından açıqlama verməyəcəklər. Türkiyədə heç bir cinayəti olmayan və İraqın şimalındakı terror aktlarında iştirak etməməkdə qərarlı olan təşkilat üzvləri Türkiyəyə qayıda biləcək. Bunu etmək istəyən təşkilat üzvləri İraqda qala və ya Suriyaya keçə bilər. Murat Karayılan, Cəmil Bayık və Mustafa Karasunun da olduğu 30-40 yüksək səviyyəli PKK/KCK liderinin geri qayıtmasına icazə verilməyəcək.



Nurlana Əhmədova
Missiya.Az




  • Bu gün, 10:12