b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_87827176_191748598721812_1477751710859395072_ng.jpg

“Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası toplantısının səkkizincisində bu gün Bakıda bir araya gələcəyik. Azərbaycanı ən son oktyabrın 15-də Türk Şurası zirvə görüşü çərçivəsində ziyarət etdim. Dəyərli qardaşım, Prezident İlham Əliyevi isə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi üçün noyabrın 30-da Türkiyədə qonaq etdik. Cənab Əliyevlə fərqli məsələlərlə bağlı telefon danışıqlarımız olur, müzakirələr aparırıq”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.

“Bildiyiniz kimi, Azərbaycanda seçki keçirildi. Bu ziyarətdə bütün bunları da qiymətləndirmə imkanı tapacağıq.

Türkiyə ilə Azərbaycan arasındakı yüksək səviyyəli səfərlərin sıxlığı strateji ortağımız Azərbaycanla münasibətlərimizin gəldiyi səviyyəni də göstərməsi baxımından böyük önəm daşıyır. Bugünəqədərki şura toplantılarında aldığımız qərarlarla TANAP və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri kimi strateji layihələri həyata keçirdik.

Azərbaycanla 2019-cu il üçün ticarət həcmimizə nəzər salsaq, əvvəlki illə müqayisədə, 25 faiz artaraq, 4.4 milyard dollara çatdığını görərik. Ancaq hələ də 2015-ci ildə nail olduğumuz beş milyard dollar səviyyəsinin aşağısındayıq.

İkitərəfli ticarət həcmini 2023-cü ilə qədər 15 milyard dollara qaldırmağı hədəfləyirik. Bu gün keçiriləcək Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası toplantısı ilə preferensial ticarət haqqında anlaşmanı imzalayaraq, bu hədəf istiqamətində tarixi bir addım atacağıq.

Ölkəmizin Azərbaycandakı birbaşa investisiyalarına nəzər salsaq, bunun 11 milyard dollara çatdığını görərik. Azərbaycanın Türkiyədəki yatırımlarının isə bu ilin sonunda 20 milyard dollara yaxınlaşacağını düşünürük”, - Ərdoğan bildirib.



22 May 2020 İşdən çıxarılan Qarayevin qara günləri başlayır - Prezidentdən yeni XƏBƏRDARLIQ
21 May 2020 Prezident nazir müavini təyin etdi
21 May 2020 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM
21 May 2020 Prezident İmişli rayonuna İcra Başçısı təyin etdi - SƏRƏNCAM
15 May 2020 Gənclər Cənab Prezidentə minnətdardır
15 May 2020 Donald Tramp Azərbaycan Prezidentini təbrik etdi
14 May 2020 Prezidentdən Tibb Universitetilə bağlı SƏRƏNCAM
14 May 2020 Prezident bu rayona 652 min manat ayırdı - SƏRƏNCAM
13 May 2020 Azərbaycanda məmurlar vətəndaşları belə qəbul edəcək - Prezidentdən FƏRMAN
13 May 2020 Konstitusiya Məhkəməsi Zakir Qaralov barədə qərar verə bilər
13 May 2020 Baş Nazir yeni qərar imzaladı
12 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda tibbi maska fabrikinin açılışını etdilər - FOTO
09 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
08 May 2020 Vladimir Putin Azərbaycan xalqını təbrik etdi
07 May 2020 İlham Əliyev koronavirusa görə tapşırıq verdi:"Belə adamlara qarşı ciddi cəza tədbirləri olacaq"
07 May 2020 Prezident İlham Əliyev “Mir” televiziya kanalına müsahibə verib
07 May 2020 İlham Əliyev: "Sosial-iqtisadi inkişafda enmə müşahidə etməyimiz istisna deyil"
06 May 2020 Prezident DTX-nin saxladığı İcra başçısı ilə bağlı sərəncam imzaladı
06 May 2020 Deputatlar bu icra başçısına görə mübahisə etdi: "25 yetimin yesirin qapısını..." - VİDEO
04 May 2020 İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında daha bir Zirvə görüşü keçirilir