b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_elibyin_olu12.jpg

Atamın evinin dövlət tərəfindən təmir edilməsi diqqətəlayiq haldır. Belə bir addımın atılmasına görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm.

Missiya.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ata evinin təmir edilməsinə münasibət bildirərkən deyib.

Elçibəyin oğlu bildirib ki, evin təmir olunması ilə bağlı müraciətə müsbət cavab alacaqlarını öncədən təxmin ediblər:

“Ümidsiz deyildik. Evin təmiri ilə bağlı müraciət edərkən dövlətimizin bizə sahib çıxacağından və ümidsiz qoymayacağından əmin idik. Ümidlərimiz özünü doğrultdu. Hər şeyə görə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarıq. Çox sağ olsun!”

Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlayıb.

Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirib. İki mərtəbə və mansardan ibarət yaşayış evində, həmçinin, kanalizasiya, işıq və su sistemi tamamilə yenilənib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə abadlaşdırılıb.

Heydər Əliyev Fondu yayılan məlumatı təsdiqləyərək, artıq təmir işlərinin başa çatdığını qeyd edib.

15 Noyabr 2019 Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib
15 Noyabr 2019 Almaniyadan Bakıya mühacir köçü başladı - Onlarla azərbaycanlı deport edildi
14 Noyabr 2019 Amerikalı senator "erməni soyqırımı" qanun layihəsini blokladı
14 Noyabr 2019 Patriarx Kirill Allahşükür Paşazadəyə orden təqdim etdi
14 Noyabr 2019 Radikal müxalifətin rəzil durumu və bitməz inqilab arzuları - Əli Həsənovun yazısı
14 Noyabr 2019 Müxalifətin mühacir biznesi Almaniyada ifşa olundu - Həbs olunanlar var - SİYAHI
13 Noyabr 2019 Dağlıq Qarabağın azərbaycanlı icması Sergey Lavrova cavab verib
13 Noyabr 2019 Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM
13 Noyabr 2019 Siyavuş Novruzov: “Nə hadisə baş verib ki, piket keçirirlər?”
12 Noyabr 2019 Ramiz Mehdiyev kadr dəyişikliyi ilə bağlı sərəncam imzaladı
12 Noyabr 2019 Nazarbayev Putinlə Zelenskini görüşdürür
12 Noyabr 2019 Bu ölkə Boliviyanın keçmiş prezidentinə sığınacaq verdi
11 Noyabr 2019 Boliviya prezidenti istefa verib
08 Noyabr 2019 Rəsmi Bakıdan Mnatsakanyana - CAVAB
08 Noyabr 2019 Prezidentin Bayraq Günü ilə bağlı paylaşımı - VİDEO
07 Noyabr 2019 Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarı dəyişdirdi
06 Noyabr 2019 İlham Əliyev Naxçıvanla bağlı sərəncam imzaladı
06 Noyabr 2019 Müsavat Partiyası mitinqi təxirə saldı
06 Noyabr 2019 BŞİH mitinq müraciətinə cavab verdi
06 Noyabr 2019 Seçkiqabağı təşviqat üçün ödənişsiz efir vaxtı ayrılan KİV-lərin adları məlum olub