b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ilhameliyevq.jpg

Oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.

Missiya.Az xəbər verir ki, Prezident İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 10 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 19 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol üzərində xeyli yol nişanı və göstərici lövhələr, siqnal dirəkləri və 8 avtodayanacaq quraşdırılıb. Avtomobil yolunun 10-cu kilometrliyində Qaraçay çayı üzərində dördaşırımlı yeni körpü tikilib, Zalamçay çayı üzərində isə ikiaşırımlı körpü təmir edilib. Bu yolun inşası əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına şərait yaradacaq.

Prezident İlham Əliyevə rayonun Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun tikintisi barədə də məlumat verilib. Qeyd olunub ki, 11 min əhalinin yaşadığı və 8 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 18 kilometrdir.

Prezident İlham Əliyev Şamaxı-İsmayıllı yolunun yenidən qurulması barədə göstəriş verərək deyib:

- Mən indi Bakı-Şamaxı yolu ilə gəlmişəm. Bu yol yaxşıdır. Vaxtilə göstəriş vermişdim ki, yol dörd zolağa genişləndirilsin, demək olar başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda? Biz indi kənd yollarını magistral yollar səviyyəsində inşa edirik. Amma şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz. Təkliflər verin ki, biz Şamaxı-İsmayıllı yolunu investisiya proqramına salaq. Gələn il gərək Şamaxı-İsmayıllı yolu istifadəyə verilsin, özü də yüksək səviyyədə.

Sonra dövlət başçısı Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışını bildirən lenti kəsib.

23 Yanvar 2020 İlham Əliyev İsveçrə Prezidenti ilə görüşüb - FOTO
22 Yanvar 2020 Ərdoğan Rusiyadan niyə “S-400” aldı? – İlginc məqamlar
21 Yanvar 2020 Tehran və Kiyev raketlə vurulan təyyarə ilə bağlı razılıq əldə etdilər
20 Yanvar 2020 Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib - FOTO
18 Yanvar 2020 ABŞ İran generalına sanksiya tətbiq edib
17 Yanvar 2020 Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi öldürülüb
17 Yanvar 2020 Putin Kadırova yüksək vəzifə təklif edib
16 Yanvar 2020 Putin növbəti seçkidən sonra bu vəzifəni tutacaq
16 Yanvar 2020 MTRŞ sədri: "İTV-nin təşviqatla bağlı müəyyənləşdirdiyi qiymətlər normaldır"
15 Yanvar 2020 Prezident və xanımı Xoşbəxt Yusifzadənin yubileyində - FOTO
14 Yanvar 2020 Prezidentdən kreditlərlə bağlı vacib XƏBƏRDARLIQ
13 Yanvar 2020 Prezident Vasif Talıbovu “Şərəf” ordeni ilə təltif etdi
13 Yanvar 2020 Deputatlığa namizədlərin qeydə alınması prosesi nə zaman bitəcək?
09 Yanvar 2020 İranda təyyarə qəzası ilə bağlı matəm elan edilib
09 Yanvar 2020 İranın hücumu nəticəsində ABŞ-a nə qədər zərər dəyib?
08 Yanvar 2020 Tramp Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
08 Yanvar 2020 SON DƏQİQƏ! İranın hərbi bazaya hücumu nəticəsində 80 ABŞ əsgəri öldürülüb
07 Yanvar 2020 Prezident: Adam o şəkillərə baxanda dəhşətə gəlirdi
07 Yanvar 2020 Qasım Süleymaninin dəfn mərasimi təxirə salınıb
07 Yanvar 2020 ABŞ İranın XİN rəhbərinə viza verməkdən imtina edib