b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1568713992_3c39e2fe-350d-4115-88aa-20b57181dcfe.jpg
"Ermənistanın işğalçılıq siyasəti davam edir". 
 
Missiya.Az xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşündə deyib.
 
Nazir bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqları rəsmi Yerevan tərəfindən qəsdən yubadılır.
 
C.Şarp öz növbəsində Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.
 
Britaniyalı diplomat həmçinin regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizədə birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəal iştirakına görə Azərbaycana minnətdarlığını bildirib.


16 Yanvar 2021 Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16 Yanvar 2021 Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək
16 Yanvar 2021 Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi Avropa Məhkəməsinə göndərilib
15 Yanvar 2021 Rusiya XİN: 11 yanvar bəyanatının yerinə yetirilməsi Cənubi Qafqazın xeyrinədir
14 Yanvar 2021 Ceyhun Bayramov Pakistan Prezidentilə görüşüb
14 Yanvar 2021 Pakistan prezidenti Qarabağın azad olunması münasibətilə Azərbaycanı təbrik edib
14 Yanvar 2021 Azərbaycan və Pakistan Anlaşma Memorandumu imzaladı
13 Yanvar 2021 Pakistanın XİN başçısı Azərbaycanı torpaqlarının azad olunması münasibətilə təbrik edib
13 Yanvar 2021 Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb - FOTO
13 Yanvar 2021 İranlı alimlər SEPAH rəsmisinə məktub göndərdi: "ABŞ ordusuna hücum edin"
13 Yanvar 2021 Putin və Ərdoğan Ağdamda yerləşəcək Monitorinq Mərkəzi ilə bağlı məsələni müzakirə ediblər
13 Yanvar 2021 Rusiyalı deputat: “Revanş üçün gücün olmalıdır, Ermənistanın isə gücü yoxdur”
12 Yanvar 2021 Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
12 Yanvar 2021 Azərbaycanın Baş prokuroru Rusiyada rəsmi səfərdədir
12 Yanvar 2021 İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş prezidentini təbrik edib
12 Yanvar 2021 Ərdoğan: "Minsk qrupunun 30 ildə edə bilmədiyini 44 gündə gerçəkləşdirdik"
12 Yanvar 2021 Netanyahu Trampla fotosunu sildi
12 Yanvar 2021 "Müzakirələr yalnız qarşı tərəfin gündəminə uyğun aparıldı, əsirlər qaytarılmadı" - Edmon Marukyan
12 Yanvar 2021 İşçi qrupunun ilk iclası bu tarixədək keçiriləcək
11 Yanvar 2021 Ərdoğan Kılıcdaroğlunu məhkəməyə verdi