fggfgfgghgfffgrtrerre.jpg
“Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərin və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər rayonlarının ardınca Laçın rayonu da Azərbaycana təhvil verildi. Laçın rayonunun Azərbaycana qaytarılması böyük tarixi hadisədir. Çünki Ermənistan hakimiyyəti Laçın və Kəlbəcəri Dağlıq Qarabağ regionuna dəhliz hesab edirdi və həmin əraziləri qaytarmaq istəmirdi. Elə bu səbəbdən, Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir”.

Missiya.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, “Missiya Media Qrupu”nin rəhbəri, “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov Laçının Azərbaycana təhvil verilməsi və regionda yaranmış yeni reallıqlarla bağlı sosial şəbəkədə paylaşdığı statusda qeyd edib.

R.Əhmədov daha sonra yazıb: “Cənab Prezident xalqa son müraciətində də Laçınla bağlı bir sıra məsələrdən geniş şəkildə bəhs etdi və məlum oldu ki, Ermənistan rəhbərliyinin Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmayıb. Ölkə başçısının danışıqlar prosesi ilə bağlı açıqladığı detallardan bir daha məlum olur ki, Laçın rayonunun Azərbaycana təhvil verilməsi, xüsusilə də bir güllə atmadan Ordumuzun nəzarətinə keçməsi Ali Baş Komandanın uzun illər ərzində göstərdiyi böyük siyasi iradənin, qətiyyətin, prinsipiallığının nəticəsidir. Azərbaycan Prezidentinin dəmir siyasi iradəsi Ermənistanı döyüş meydanında olduğu kimi, diplomatik sferada da məğlubiyyətə düçar edib.

Məlumdur ki, 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsi dövründə regionun bütün kommunikasiya xətləri kəsilib, Ermənistanla Türkiyə, Azərbaycanla Ermənistan arasında heç bir nəqliyyət və iqtisadi əlaqə olmayıb. Bundan başqa, Ermənistan, işğalçılıq siyasəti nəticəsində uzun illər bütün regional və qlobal enerji layihələrindən kənarda qalıb. Hazırda Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Dağlıq Qarabağ münaqişəsinin həll olunması regionun həm iqtisadi, həm də siyasi səhnəsində yeni dövrün yaranmasına səbəb olub. Tərəddüdsüz deyə bilərik ki, Azərbaycanın gücü, potensialı imkan verəcək ki, işğaldan azad edilmiş ərazilərin sürətli inkişafı təmin olunsun, bölgədə iri infrastruktur layihələri reallaşdırılsın, orada yaşayan əhalinin rifah halının yaxşılaşdırılması istiqamətinə zəruri addımlar atılsın, dövrün tələblərinə cavab verən sosial proqramlar icra olunsun. Sözssüz ki, bütün bu addımların regionun bütün sakinləri, o cümlədən Qarabağda yaşayacaq ermənilər üçün də yeni perspektivlər yaradacaq. Ölkə başçısı çıxışlarında dəfələrlə deyib ki, Dağlıq Qarabağın erməni əhalisi də Azərbaycan vətəndaşlarıdır. Odur ki, regionun inkişafı onların da həyat tərzinə, sosial vəziyyətinə müsbət təsir göstərəcək.

Artıq qədəm basdığımız yeni mərhələ ölkəmizin gələcək inkişafı üçün böyük imkanlar yaratmaqla yanaşı, bizim də vətəndaş olaraq məsuliyyətimizi artırır. Müharibə günlərində olduğu kimi, yeni dövrdə də birlik, həmrəylik, güclü iradə göstərməliyik. Dövlətimizin yürütdüyü siyasətə dəstəyimizi daha da artırmalı, gələcək hədədlərimizə doğru inamla irəliləməliyik”.

Missiya.Az



15 Yanvar 2021 Akopyanın Moskva səfərinin təfərrüatı: 10 silahlı mühafizəçi ilə alış-veriş edib - FOTO
15 Yanvar 2021 Mehriban Əliyeva: "İşğaldan azad olunan qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm"
15 Yanvar 2021 İlham Əliyev Vaqif türbəsini ziyarət edib
15 Yanvar 2021 Güllələnmiş heykəllər Şuşaya qaytarıldı - Fotolar
15 Yanvar 2021 Putinlə Paşinyan arasında söhbətin təfərrüatı məlum olub - Erməni qəzeti
15 Yanvar 2021 Mehriban Əliyeva Şuşaya səfərlə bağlı yeni paylaşım edib
14 Yanvar 2021 Paşinyanın köməkçisi: "Bilirsiniz ki, Qarabağ Azərbaycan ərazisidir" - VİDEO
14 Yanvar 2021 Vüqar Səfərli həbs edildi - RƏSMİ
14 Yanvar 2021 Rusiya Paşinyanı niyə hakimiyyətdə saxlayır? - Erməni ekspert Moskvanın planını AÇIQLADI
14 Yanvar 2021 "Paşinyanın Moskva səfəri həm siyasi-diplomatik, həm də etik baxımdan biabırçılıqdır" - Erməni mediası
14 Yanvar 2021 Putin Paşinyanı 1 həftə karantində saxlayıb - İDDİA
14 Yanvar 2021 İşğaldan azad edilmiş Füzulinin daha bir kəndindən görüntülər - VİDEO
14 Yanvar 2021 Tramp ABŞ-ın iki dəfə impiçment elan edilən ilk prezidenti oldu
13 Yanvar 2021 Medianın İnkişafı Agentliyi jurnalistikaya körpü olsun - Buzlar əriyir
13 Yanvar 2021 İCESCO-nun Baş direktoru Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
13 Yanvar 2021 “Azərbaycanın növbəti hədəfi Ermənistanı nəzarət altına almaqdır” – Erməni ictimaiyyəti təşviş içində
13 Yanvar 2021 ICESCO-nun Baş direktoru Azərbaycan Prezidentinə Qələbə münasibətilə xatirə hədiyyəsi verib
13 Yanvar 2021 Türkiyə nüvə silahı əldə edəcək? - Pakistanla gizli danışıqlar iddiasına REAKSİYA
12 Yanvar 2021 "Ölmüş əsgərin ailəsi mənimlə şəkil çəkdirmək istəmirsə, görüşə getmirəm" - Paşinyanın arvadı
12 Yanvar 2021 “Ay axmaq, sənin yolların kimə lazımdır?” – 11 yanvar bəyanatına erməni baxışı