|
|
![]() |
Azərbaycan və Rusiya Prezidentləri, Ermnistanın baş naziri tərəfindən noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmaya əsasən dekabrın 1-nə qədər Laçın rayonunu Azərbaycana təhvil verməli olan düşmən öz vəhşi davranışlarından əl çəkmir.
Missiya.Az ermənilərə məxsus telegram kanallarına istinadən xəbər verir ki, Laçında şəhərində və rayonun kəndlərində qanunsuz şəkildə məskunlaşmış ermənilər eynilə Kəlbəcərdə olduğu kimi, orada da vandalizm aktlarını davam etdirirlər. Onlar kəndləri boşaldarkən evlərə və meşələrə od vurur, bölgənin infrastrukturuna ciddi şəkildə ziyan vururlar.
Çox təəssüf ki, Azrbaycana təhvil verilmiş digər rayonlarda olduğu kimi, Laçında da təbiətin məhvinə yönəlmiş yaşıl terror əməllərinə müvafiq beynəlxalq təşkilatlar tərəfindən hər hansı reaksiya verilmir.