b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1588581195_04.jpg

Sentyabrın 27-də Ermənistanın təmas xəttində törətdiyi təxribatdan sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamaqla işğal altında olan bir çox ərazilərimizi azad edib. İşğaldan azad olunan ərazilərə Füzuli, Cəbrayil, Zəngilan rayonlarının mərkəzləri və kəndləri, Hadrud qəsəbəsi, həmçinin Murov yüksəkliyi, Suqovşan və Talış kəndləri daxildir. Qısa müddət ərzində əldə olunan böyük uğurun kökündə, sözssüz ki, ölkə başçısı İlham Əliyevin siyasi iradəsi dayanır.

Azərbaycan 26 il davam edən sülh danışıqları zamanı da siyasi iradə göstərib - güclü Ordusu olmasına baxmayaraq, həmişə münaqişənin dinc yolla həll olunmasını dəstəkləyib. Prezident bu illər ərazində dəfələrlə bütün beynəlxalq tribunalardan Qarabağla bağlı dünyaya çağırış edib və Ermənistan qoşunlarının qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmalı olduğunu dünya birliyinin diqqətinə çatdırıb, Birləşmiş Millətlər Təşkilatının qətnamələrini xatırladıb.

Ermənistanın işğal etdiyi ərazilərdən 26 il ərzində çıxmaması BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulmasıdır. Bu illər ərzində Azərbaycana danışıqlar yolu ilə bir qarış belə torpaq qaytarılmayıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_37af3ca3ed7027e16f30bdf843d85a57_800.jpg

Əksinə, Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan və onun dəstəsi “yeni ərazilər üçün, yeni müharibə” prinsipini önə sürüb, Şuşada, qondarma rejimin rəhbərinə andiçmə mərasimi keçirib və xalqımızın milli dəyərlərinə hörmətsiz yanaşıb. Həmçinin Paşinyan hakimiyyətinin ötən iki ili ərzində danışıqlar prosesini pozan açıqlamalarla, “Qarabağ Ermənistandır və nöqtə” deməklə, qondarma rejimi danışıqlar masası arasına əyləşdirməyə cəhd göstərməklə, o cümlədən Dağlıq Qarabağı Ermənistanla birləşdirən 3-cü yolun inşasına başlamaqla, PKK terrorçu qruplaşmaların nümayəndələrini ərazilərimizdə məqsədli şəkildə məskunlaşdırmaqla, işğal olunmuş ərazilərimizdə beynəlxalq idman tədbirlər təşkil etməklə, münaqişəyə 3-cü tərəfləri cəlb etməyə cəhd göstərməklə və  7 şərt irəli sürməklə Azərbaycanı müharibəyə təhrik edib. Ermənistanın danışıqlardan imtina etməsi və ard-arda təxribatlar törətməsi nəricəsində isə Azərbaycan beynalxalq hüquqi aktlarla tənzimlənən özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu.

HÜQUQU ƏSAS:
 Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddə ilə nəzərdə tutulan fərdi özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirir.

Azərbaycan hücum əməliyyatları zamanı dinc əhaliyə atəş açmır və yalnız hərbi obyektləri hədəf alır. Bu isə 1949-cu il Cenevrə Konvensiyalarını, xüsusilə də “Müharibə zamanı mülki şəxslərin müdafiəsi” haqqında 4-cü  konvensiyasının tələblərinə tam uyğundur. Həmçinin mülki əhalinin xəsarət almaması üçün qarşı tərəfə mütəmadi olaraq xəbərdarlıqlar edir. Amma qarşı tərəf Azərbaycanın mülki əhalisini hədəf almaqla bütün beynəlxalq konvensiyaların ziddinə gedir.

Sentyabrın 27-dən bəri döyüş meydanında uduzan Ermənistan mülki əhalidən qisas almağa çalışır. Hücumlar nəticəsində çox sayda insan həyatını itirib, yaralanıb, infrastruktur obyektləri, yaşayış evləri  s. dağıdılıb. Ermənistanın Azərbaycan şəhərlərinə raket hücumunun əsas səbəblərindən biri də üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəhb etməkdir. Rəsmi İrəvan düşünür ki, Gəncə, Tərtər və digər şəhərlərimizi bombalayarsa, Azərbaycan da Ermənistan ərazisindəki mülki obyektlərə zərbələr endirəcək və nəticədə KTMT münaqişəyə cəlb olunacaq. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarında döyüşür və Ermənistanın heç bir təxribatına uymayacaq.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_esker_28747577.jpg

Ermənistan yalnız hazırda davam edən müharibə müddətində deyil, Birinci Qarabağ Müharibəsi zamanı da dinc əhaliyə qarşı qəddarlıq nümayiş etdirib, Xocalı qətliamına imza atıb.

Rəsmi İrəvan Gəncəyə hücum etməklə bir daha sübut etdi ki, hakimiyyətdə kimin olmasından asılılı olmayaraq, dövlətin siyasəti terror üzərində qurulub və 1992-ci ildə törədilən qətliamı yenə törətməyə hazırdır. Ermənistan Xocalı soyqırmını törətdiyi barədə məsuliyyəti qəbul etməsəd də, artıq dünya birliyi bu vəhşiliyi rəsmi şəkildə təsdiq edir. Buvaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya və Sudanın qanunverici orqanları, həmçinin Amerika Birləşmiş Ştatlarının ondan çox ştatları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Bununla yanaşı, bütün beynəlxalq təşkilatlar və Ermənistandan başqa bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hörmətlə yanaşır. Ermənistan hakimiyyəti uzun illər ərzində Azərbaycan ərazisi olan Dağlıq Qarabağ regionunu dünya birliyinə “müstəqil” dövlət kimi sırımağa çalışsada, heç bir nəticə əldə edə bilməyib.

Ermənistanın Azərbaycan ərazilərinə əsassız iddiası, Dağlıq Qarabağın və ətrafındakı 7 rayonun işğal edilməsi nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün öz yurd-yuvasından ayrı düşüb. Adam başına düşən məcburi köçkün sayına görə bu gün Azərbaycan dünyada ilk yerlərdən birini tutur.  İşğal nəticəsində təbii sərvətlərimiz talan edilib, infrastruktur tamamilə dağıdılıb. Həmçinin Ermənistan hakimiyyəti bu illər ərzində Azərbaycan ərazilərini erməniləşdirmə, xaricdə yaşayan yüzlərlə erməni əsilli şəxsi ərazilərimizə köçürməyə cəhd göstərib. Bu beynəlxalq hüququn, 1949 il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_9d6033bb29d99bf88d37f8f5ebbdee74_800.jpg

 Hazırda Azərbaycan Ordusu Ermənistan tərəfinin təxribatlarına qarşı adekvat cavablar verir və düşmən geri otuzdurulur.  Azərbaycanın Ermənistandan fərqli olaraq yetərli qədər canlı qüvvəsi və hərbi texnikası var və hazırda rəsmi İrəvana 100 minlik ordu ilə cavab verilir. Azərbaycan BMT-nin 26 ildir icra olunmayan 4 qətnaməsini özü icra edir. Müharibə yolunu Ermənistan seçib və hazırda düşmən sözün əsl mənasında darmadağın edilir. Artıq vahid komandalıq pozulub. Ermənistan rəsmilərinin açıqlamalarından belə anlaşılır ki, müharibə uzandıqca itkilərin sayı daha da artır. Ona görə qadınlar və qoca kişilər də döyüşlərə cəlb olunur.  Ermənistan dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, qoşunlarını Azərbaycan ərazilərindən çıxarmır. Azərbaycan Prezidenti isə danışıqların yalnız Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılacağı təqdirdə başlaya biləcəyini bəyan edib. Azərbaycanın bu haqlı tələbi beynəlxalq hüququn, eləcə də BMT TŞ-nin 4 qətnaminə uyğun şəkildə qoyulub.

Cəbhə xəttində davam edən gərginliyin və onun ağır nəticələrinin tam məsuliyyəti Ermənistanın siyasi-hərbi rəhbərliyinın üzərinə düşür. Azərbaycanın mövqeyi isə aydındır, dəyişməzdir: Nə qədər gec deyil, Ermənistan ordusu silahı yerə qoymalı, Azərbaycan ərazilərini tərk etməli və münaqişəsin birdəfəlik həlli üçün danışıqlar masası arasına əyləşməlidir. 

Missiya.Az

27 Noyabr 2020 Sədaqət Vəliyeva: Kəlbəcərin azad olunması Azərbaycanın möhtəşəm tarixi qələbəsini bir daha təsdiq edir
27 Noyabr 2020 Tələbə bu görüntülərə görə BDU-dan qovuldu - VİDEO
26 Noyabr 2020 Azərbaycan Fransaya nota verib
26 Noyabr 2020 Azərbaycanda koronavirusa yoluxmada yeni anti-rekord, 32 nəfər vəfat edib
26 Noyabr 2020 Maksim Şevçenko: “Çətin ki, Fransa bundan sonra vasitəçilər sırasında qala bilsin”
26 Noyabr 2020 Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə müraciət edib
26 Noyabr 2020 Ermənilər indi də Laçın rayonunda evləri yandırmağa başlayıb - FOTO
25 Noyabr 2020 "Qolodomor" muzeyinin audio bələdçisi Azərbaycan dilində də "danışacaq" - FOTO
25 Noyabr 2020 "Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var" - Səfir
25 Noyabr 2020 Gəncədə kəlbəcərlilərin zəfər sevinci - VİDEO
25 Noyabr 2020 “İlham Əliyev cəbhə hakimiyyətinin daha bir xəyanətinin nəticəsini aradan qaldırdı” – Ramin Əhmədov
25 Noyabr 2020 “Vikipediya”da türk dünyası ilə bağlı məqalələr zənginləşdirilir
25 Noyabr 2020 Dövlət başçısı: "Hanı o xəritələr? Hamısı məhv oldu"
25 Noyabr 2020 Erməni həkimdən ŞOK ETİRAF: "Paşinyan orduya göndərilən 50 min yuxu çantasını satıb"
25 Noyabr 2020 Bu da azad edilmiş Kəlbəcər - YENİ FOTOLAR
25 Noyabr 2020 Ordumuzun Kəlbəcərə daxil olmasının yeni görüntüləri - VİDEO
24 Noyabr 2020 Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ
24 Noyabr 2020 Türkiyə əsgərləri də Qarabağda partul xidməti aparacaq - Hulusi Akar
24 Noyabr 2020 Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək - SƏRƏNCAM
24 Noyabr 2020 Putindən Qarabağla bağlı yeni açıqlama