b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1600409810_hekim_180620_3.jpg

Nazirlər Kabineti yanında Operativ Qərargah “Şəki Bazar” ASC-də epidemioloji vəziyyətə dair açıqlama yayıb.

Qərargahdan Missiya.Az-a daxil olan açıqlamada deyilir: 

"Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq sakinlərin COVID-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin karonavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib.

“Şəki Bazar” ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanmış, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.

Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldükdən sonra “Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcək".

Qeyd edək ki, “Şəki Bazar” ASC-də virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilmiş, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər.


26 Oktyabr 2020 Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub
26 Oktyabr 2020 Ermənistanın könüllülərdən tələbi: “Azərbaycan dilində bilməlisən” - FOTO
26 Oktyabr 2020 Prezident yeni azad olunan kəndləri elan etdi
26 Oktyabr 2020 “Münaqişənin dayanmasını istəyirsizsə, ermənilərə silah verməyin!” - Prezident
26 Oktyabr 2020 Prezident: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”
26 Oktyabr 2020 “Ermənistanın atəşkəs rejimini pozması, Azərbaycanı məcbur edir ki, adekvat tədbirlər görsün” – Ramin Əhmədov
26 Oktyabr 2020 Ermənistan müstəqillik tarixinin ən ağır dövrünü yaşayır – Ölkə fəlakətə sürüklənir - ŞƏRH
26 Oktyabr 2020 İmran Xan “Facebook”u anti-islam məzmunlu fikirləri bloklamağa çağırdı
26 Oktyabr 2020 Düşmən Ermənistan ərazisindən Gədəbəy, Tovuz və Daşkəsəni atəşə tutdu - RƏSMİ
26 Oktyabr 2020 Ermənistan Laçında Azərbaycan Ordusunu atəşə tutur - RƏSMİ
25 Oktyabr 2020 Kəlbəcər rayonunun da bir hissəsi işğaldan azad edilib - Prezident açıqladı
24 Oktyabr 2020 Düşmənin bir neçə dayaq məntəqəsi dağıdıldı: Ordumuz vacib yüksəklikləri azad etdi - RƏSMİ
23 Oktyabr 2020 Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad olunub
23 Oktyabr 2020 Qubadlının 4 kəndi işğaldan azad edilib
23 Oktyabr 2020 Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi - VİDEO
23 Oktyabr 2020 Milli Birliyimizi pozmaq cəhdi: Paşinyanı qorumaq tapşırığı alanların hiyləgər planları baş tutmayacaq
23 Oktyabr 2020 MN: Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur
23 Oktyabr 2020 Əli Əhmədov Dmitri Medvedyevə məktub ünvanlayıb
23 Oktyabr 2020 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı
23 Oktyabr 2020 “İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir? - VİDEO