b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1600236686_dinn.jpg

Şəmkirin Dəllər qəsəbəsində İcra Hakimiyyəti tərəfindən ayrılan torpaq sahəsində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Zaur Abbasovun həyat yoldaşı, 2-ci qrup əlil Minayə Abbasova üçün tikilən fərdi yaşayış evini qəsəbə sakini Edqar Osmanov sökərək, həmin ərazidə məscid tikdirəcəyini iddia edib və öz hüquqazidd əməllərini çəkərək bir sıra sosial şəbəkələr və xəbər saytlarında paylaşıb. 

Missiya.Az xəbər verir ki, Şəmkir rayon İcra Hakimiyyətindən daxil olan müraciətlə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gələrək E. Osmanovla izahedici-profilaktiki söhbətlər aparıb, lakin o, polisin qanuni tələblərinə tabe olmayaraq cəmiyyətə açıqca hörmətsizlik edərək qanunsuz əməllərini gələcəkdə də davam etdirəcəyini bildirib. Buna görə də Edqar Osmanov polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib və onun barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin  qərarı ilə E. Osmanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət) və 535.1 ( Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib.

 



23 Sentyabr 2020 Millət vəkili: “Məmur övladlarının sürdüyü bahalı "cip"lər də toplanılacaq"
23 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı – RƏSMİ
22 Sentyabr 2020 Ərdoğan Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib
22 Sentyabr 2020 "Məsuliyyətsiz paylaşımlar Ordumuzu təhlükə qarşısında qoya bilər" - Ramin Əhmədov
22 Sentyabr 2020 Mehriban Əliyeva Şağanda uşaq bağçasının açılışında - FOTO
22 Sentyabr 2020 Koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ
22 Sentyabr 2020 Paşinyanın yalançı "staxanovçuluğuna" inananlar üçün sözün bitdiyi məqam və uğursuz Günnüt qisasçılığı... - Aydın QULİYEV yazır
22 Sentyabr 2020 Bakının bu hissəsində su olmayacaq
21 Sentyabr 2020 Şəhid atası: "Oğlumun qısasının alınacağı günü gözləyirəm"
21 Sentyabr 2020 Cəbhədən həyəcanlı xəbərlər gəlir: Əsgərimiz yaralandı
19 Sentyabr 2020 SOCAR Qaraçuxur qəsəbəsində neftçilərə yeni mənzillərin orderlərini təqdim etdi - FOTO
19 Sentyabr 2020 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu”
19 Sentyabr 2020 "Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları var" - İlham Əliyev
19 Sentyabr 2020 Prezident köməkçisinin QHT-lərlə görüşünü təşkilat sədri belə dəyərləndirdi
19 Sentyabr 2020 Övlad borcu, yoxsa siyasi oyunbazlıq?
18 Sentyabr 2020 "Sədərək" nəzarətə götürüldü: Mağazaların işıqları söndürüldü
18 Sentyabr 2020 Operativ Qərargah Azərbaycanda kütləvi yoluxma haqda yeni xəbər yaydı
18 Sentyabr 2020 DTX əməliyyat keçirdi: Suriyadakı terror qruplaşmasının üzvü ələ keçdi - FOTO
17 Sentyabr 2020 Onlar Tofiq Yaqublunun ölməsini istəyir - Dövlətə qarşı növbəti məkirli plan...
17 Sentyabr 2020 Bakıda qışa hazırlıqlarla bağlı cavabdeh şəxslər təyin edildi