b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_eev2.jpg

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində Azərbaycandakı tibb işçilərinə COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə respirator maska, qoruyucu eynək, şəffaf maska və qoruyucu kombinezonlar ölkəyə gətirilib.

Missiya.az xəbər verir ki,ölkəyə gətirilən 168 min ədəd fərdi qoruyucu vasitənin 10 mini şəffaf maska, 10 mini qoruyucu eynək, 8 mini qoruyucu kombinezon və 140 mini respirator maskadır. Virusla ön cəbhədə mübarizə aparan tibb işçilərinin təhlükəsizliyi üçün göndərilən bütün avadanlıqların keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsi yoxlanışdan keçirilib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, iki illik layihənin birinci hissəsində səhiyyə sisteminin gücləndirilməsinə yardım etmək nəzərdə tutulub: “Bundan sonra da ölkəyə fərdi qoruyucu vasitələr gətiriləcək. Layihənin ikinci hissəsi səhiyyə sisteminin potensialının artırılmasına yönələcək. Bu, ümumi qlobal çağırışdır. Bu yardım Şərq Tərəfdaşlığının digər ölkələrinə də göstərilir. Növbəti iki ildə də həmin yardımlar davam edəcək. Lakin bilmək lazımdır ki, virusla mübarizə üçün hər kəs öz davranışına cavabdeh olmalıdır. Biz gərək məsuliyyətli davranaq ki, onunla düzgün mübarizə aparaq və sonda qalib ayrılaq. Aİ bir çox sahələrdə Azərbaycana yardım edir. Budəfəki yardım isə səhiyyə ilə bağlıdır”.

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancının sözlərinə görə, iki il davam edəcək layihə çərçivəsində həm ölkəyə qoruyucu vasitələr gətiriləcək, həm də Azərbaycan hökuməti ilə texniki cəhətdən əməkdaşlıq ediləcək: “Pandemiya ilə mübarizənin ön cəbhəsində həkimlər və tibb işçiləri yer alırlar. Fərdi qoruyucu vasitələr onların virusdan qorunması üçün önəmlidir. Sadəcə maska taxmaq deyil, onu düzgün və yerində taxmaq da vacibdir. Bununla bağlı təlimlər keçirilir. Həmin təlimlər yenə də davam etdiriləcək”, - deyə, H.Harmancı diqqətə çatdırıb.

Qeyd edək ki, həmin fərdi qoruyucu vasitələr bu gündən etibarən pandemiya ilə mübarizəyə ayrılmış tibb müəssisələrinə paylanılacaq.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_eev.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_eev1.jpg

 

oxu.az



07 Avqust 2020 "Cəmiyyət varsa, müəyyən problemlər də olmalıdır" - Siyavuş Novruzov
06 Avqust 2020 “Biz başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur” - Video
06 Avqust 2020 Prezident dövlət şirkətlərini tənqid etdi
06 Avqust 2020 Avqustda da 190 manat veriləcək - İlham Əliyevdən tapşırıq
06 Avqust 2020 İlham Əliyev: “Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”
06 Avqust 2020 "Erkin Qədirlinin xəbəri yoxdur ki, məktəblərdə rüblər ləğv olunub" - Təhsil Eksperti
06 Avqust 2020 Prezident koronavirusla bağlı müşavirə keçirdi
06 Avqust 2020 Bakıda məşhur restoranda polis əməliyyatı - Qaçan müştəri belə tutuldu - VİDEO
06 Avqust 2020 Xüsusi karantində gizli nişan keçirdilər - FOTO
06 Avqust 2020 Azərbaycanda vəzifəli şəxsə ağır itki - FOTO
05 Avqust 2020 Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs kimdir? - DETALLAR
05 Avqust 2020 Prezident Dövlət Agentliyinə vəsait ayırdı
05 Avqust 2020 Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
04 Avqust 2020 Beyrutdakı partlayışda ölənlərin sayı 30 nəfərə çatdı, minlərlə yaralı var
04 Avqust 2020 Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb - VİDEO
04 Avqust 2020 Prezident yeni parkda görüləcək işlərlə tanış oldu - FOTO
04 Avqust 2020 İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMİ
04 Avqust 2020 Fəttah Heydərov vəfat etdi - 1-ci Fəxri xiyabanda dəfn olunacaq
03 Avqust 2020 Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ
03 Avqust 2020 Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb - VİDEO