73200482_794482501004906_5008471615676088320_ndffgff.jpg

“Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi panel müzakirədə onun siyasətçi olmadığını bir daha sübut etdi. Paşinyan İlham Əliyevin məntiqli, tutarlı, tarixi faktlara söykənən arqumentləri qarşısında aciz qaldı. Bu debatda dünya ictimaiyyəti üçün aydın oldu ki, Dağlıq Qarabağın Ermənistana məxsus olması barədə Paşinyanın dedikləri cəfəngiatdan başqa bir şey deyil. O, ordan-burdan eşitdiyi bir-iki saxta tarixi “faktla” İlham Əliyevə cavab verməyə çalışsa da, Prezidentimiz onu hər cəhdində geri otuzduruldu. Bu debat Azərbaycan və Ermənistan rəhbərləri arasında ilk və tarixi debat idi. İlham Əliyev müzakirələr zamanı Paşinyana tarix dərsi keçdi və ona əməlli-başlı utanc yaşatdı”.


Missiya.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Prezident İlham Əliyevlə Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrindən danışarkən deyib.

Ramin Əhmədov bildirib ki, Prezident İlham Əliyev Paşinyana tarixi arqumentlər göstərməklə yanaşı, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrini xatırlatdı: “Nəticədə, İlham Əliyev Paşinyana həm tarixi faktlarla, həm də Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan beynəlxalq qətnamələrlə cavab verdi. Prezident bir daha sübut etdi ki, həm tarix, həm də beynəlxalq birlik Azərbaycanın haqq müvqeyini dəstəkləyir”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111.jpg

İlham Əliyevin arqumentləri qarşısında Paşinyanın dilinin topuq vurduğunu deyən Ramin Əhmədov bildirib ki, bu hal baş nazirin hazırlıqsız olmasından xəbər verir:
“Çox həyəcanlı idi, özünə nəzarəti itirmişdi. Paşinyan debatda özünü o qədər itirmişdi ki, nə danışdığının fərqində deyildi. Çıxış edərkən bildirdi ki, “Qafqaz Bürosu qərar çıxarmışdı ki, Qarabağ Azərbaycanın olsun”. Sonra nə dediyinin fərqinə vardı və “Üzr istəyirəm, Ermənistan” deyməyə məcbur oldu.  Özünü toparlamağa çalışsa da, “bədən dili” onu ifşa edirdi. İlham Əliyev isə çox sərbəst, təmkinli, özünə əminliklə Paşinyana meydan oxuyurdu”.

YAP rəsmisi hesab edir ki, Paşinyanın Münhendə yaşadığı biabırçılıq Ermənistanda uzun müddət müzakirə ediləcək: “Əminliklə deyə bilərik ki, Paşinyanın debatdakı gülünc vəziyyətini görən hər bir erməni belə bir “liderləri” olduğu üçün utanc hissi keçirib. Bu debatdan sonra Ermənistan siyasətində yeni mərhələ başlayacaq. Cəmiyyət və Ermənistanın siyasi elitası küçədən gəlib baş nazir kürsüsünə əyləşən Paşinyanı siyasi meydandan çıxarmağa cəhd edəcək. İlham Əliyev isə “Qarabağ Azərbaycandır!” şüarını daha da gücləndirdi. Hər bir vətəndaşımız Prezidentimizlə bir daha qürur duydu”.

Missiya.Az




09 Aprel 2020 "Acam" deyən vətəndaşı təhqir edən məmuru belə cəzalandırdılar - VİDEO
09 Aprel 2020 Faiq Əmirli karantin qaydalarını pozduğu üçün həbs edildi
09 Aprel 2020 Havanın temperaturu 18 dərəcəyə qədər yüksələcək
08 Aprel 2020 Bu qəsəbədə koronavirusa yoluxan yoxdur - Bələdiyyə sədri qorunmağın sirrini açıqladı - FOTO
08 Aprel 2020 "500-dən çox ailəyə yardım paylamışıq" - Missiya.Az-ın aksiyası davam edir - FOTOLAR
08 Aprel 2020 "Kollektiv bütün qaydalara əməl etmək şərtilə işini davam etdirir" - Xanlar Fətiyev
08 Aprel 2020 Koronavirusdan sonra bu peşə sahibləri işsiz qala bilər - SİYAHI
07 Aprel 2020 Prezidentdən koronavirusa görə altı mobil tipli xəstəxananın tikintisi ilə bağlı SƏRƏNCAM
07 Aprel 2020 5-ci sinif şagirdi atasının telefonundan “8103”ə 90 dəfə SMS göndərib - Cəzalandırıldı
07 Aprel 2020 Koronavirus insan bədənində belə yayılır - İlk dəfə görüntüləndi - VİDEO
07 Aprel 2020 Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı -RƏSMİ
07 Aprel 2020 DİQQƏT! 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO
06 Aprel 2020 "Dövlət öz işini görür, biz də dəstək olmalıyıq" - Ramin Əhmədov
06 Aprel 2020 Nuşirəvan Məhərrəmli işdən çıxarıldı - Yeni sədr
06 Aprel 2020 Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu
06 Aprel 2020 Giriş-çıxış qadağası bu qəsəbələrə aid deyil - Səbəb isə çox maraqlıdır - Türkiyədə - VİDEO
05 Aprel 2020 Missiya.Az YAP Nizami Rayon Təşkilat ilə birgə daha bir aksiyaya başlayır
05 Aprel 2020 Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxub
05 Aprel 2020 Koronavirus AzTV-yə müsahibə verdi - VİDEO
04 Aprel 2020 Azərbaycanda işsizlərə 190 manat veriləcək