b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_6a28d819-0572-44c8-bfcd-8e973da6f866.jpg

Bu gün Azərbaycanda və şərqdə ilk televiziya olan AzTV (əvvəl başqa adla olub) televiziya kanalının yaranma günüdür.

Missiya.Az xəbər verir ki, televiziyanın yaranmasından 64 il ötür.

Belə ki, SSRİ-də Bakı televiziya studiyası 14 fevral 1956-cı ildə fəaliyyət göstərməyə başlayıb.

İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. O, çıxışını "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.

Əvvəllər yayım yalnız Bakı və Sumqayıtı əhatə edirdi. Bir il sonra - 1957-ci ildə televiziyanın əhatə dairəsi genişlənərək Salyan, Quba, Kürdəmir, eləcə də Azərbaycanın digər rayon və şəhərlərində də yayımlanıb.

1957-ci ildən Azərbaycan televiziyası həftədə beş dəfə efirə çıxıb və yalnız 1962-ci ildə gündəlik yayıma başlayıb. İldən-ilə təkmilləşən milli televiziyamız 2005-ci ilin yanvarından 24 saatlıq fasiləsiz yayıma keçib.

1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb. 2005-ci ildən isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu, müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq göstərib. 1991-ci ildə AzTV rəhbərliyinin təşəbbüsü ilə ölkə teleməkanında ilk özəl studiya - “215 KL” adlı studiya yaradılıb. Sonrakı illərdə Azərbaycan teleradiosunda yetişən peşəkarlar özəl televiziya və radioların qurulması prosesində fəal iştirak ediblər.

Bu gün geniş tamaşaçı auditoriyasına malik AzTV-nin verilişləri peyk vasitəsilə dünyanın bir çox yerlərində yayımlanır. Bir sıra ölkələrdə onun müxbir məntəqələri fəaliyyət göstərir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və təbliğində ilk milli televiziyamızın rolu danılmazdır. Avropaya yayımın texniki səviyyəsinə görə Azərbaycan Televiziyası 2007-ci ildə “Avropa keyfiyyəti” medalına layiq görülüb.

Son illər AzTV-də aparılan ciddi islahatlar nəticəsində yeni proqramlar, verilişlər, tamaşalar meydana gəlib, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb edilib, efirə və kanalın infrastrukturuna planlı şəkildə kapital qoyuluşu həyata keçirilib, bir sıra yeni studiyalar yaradılıb. Hazırda Azərbaycan Televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, maraqlı sənədli və bədii filmlər nümayiş etdirilir.

Missiya.Az İnformasiya Agentliyinin kollektivi Azərbaycan Televiziyasının əməkdaşlarını təbrik edir və onlara işlərində uğurlar arzulayır.



02 Aprel 2020 Missiya.Az Yasamal İcra Hakimiyyətilə birgə aksiya keçirdi - Ərzaq yardımı - FOTOLAR
02 Aprel 2020 Bakının bu ərazisində təbii qazın verilişi dayandırıldı
02 Aprel 2020 İbrahim Məmmədov: “Bu sənəd yaxın saatlarda təsdiqlənəcək”
02 Aprel 2020 Missiya.Az-ın yardım aksiyası bu gün Yasamalda keçiriləcək - FOTOLAR
02 Aprel 2020 Mikayıl Cabbarova müavin təyin edildi
01 Aprel 2020 Karantin rejimi qaydalarını pozan internet klubunun sahibi cərimələndi - VİDEO
01 Aprel 2020 Daha bir ŞAD XƏBƏR: Bunlar ƏDV-dən azad olunacaq - SİYAHI
01 Aprel 2020 Müğənnilər eyvanda konsert verir - AzTV canlı yayımlayır - VİDEO
01 Aprel 2020 Karantin qaydalarını pozan şəxs həbs olundu - VİDEO
01 Aprel 2020 Milli Məclis büdcəyə yenidən baxacaq
31 Mart 2020 Nizami rayonunda dezinfeksiya işləri davam etdirilir - FOTOLAR
31 Mart 2020 Missiya.Az növbəti aksiyaya başladı - Keşlə qəsəbəsində ərzaq yardımı paylanıldı - FOTOLAR
31 Mart 2020 Bakı səmasında "Allah" yazıldı - VİDEO GÖRÜNTÜ
31 Mart 2020 SON DƏQİQƏ! Rəsmən açıqlandı: 304 min muzdlu işçiyə pul veriləcək
30 Mart 2020 Bu şəxslərə də pul veriləcək - RƏSMİ
30 Mart 2020 Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər - RƏSMİ
30 Mart 2020 “Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi
30 Mart 2020 Missiya.Az yeni aksiyaya başlayır - Bu dəfə ərzaq yardımı - FOTOLAR
30 Mart 2020 ÜST: “Koronavirus insandan-insana hava yolu ilə keçmir”
29 Mart 2020 Azərbaycanın bu ərazisində koronavirus yoxdur - RƏSMİ AÇIQLAMA