b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dypds.jpg

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində hava şəraiti ilə bağlı növbəti dəfə sürücülərə müraciət edib.

Missiya.Az xəbər verir ki, BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Oxu.Az-a  açıqlamasında bildirib ki, yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən daha diqqətli olmalıdır:

“Sürət həddini hava şəraitinə uyğun seçilməli, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etmək yolverilməzdir. Sürücülər yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar”.

Şöbə rəisi qeyd edib ki, ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalının yüksək olduğunu nəzərə alaraq, belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri xahiş olunur:

“Həmçinin, piyadalar da hava şəraitinin nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər.

Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan və ya işıqqaytarıçı elementlərlə təchiz olunmuş geyimlərə üstünlük verməyi, yolu keçərkən özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmamağı tövsiyə edirik”.



03 İyul 2020 Bakıda ekspress xətlərin fəaliyyəti bərpa olunur
03 İyul 2020 Azərbaycanda daha bir kanalın əməkdaşlarında koronavirus aşkarlandı
03 İyul 2020 DTX əməliyyat keçirdi - Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxsləri saxlanıldı
03 İyul 2020 İsmayıllıda karantin qaydalarını pozan icarədar və müştərilər cərimələndi
03 İyul 2020 Operativ Qərargahın üzvlərinin adları açıqlandı - TANIYAQ
03 İyul 2020 Leyla Əliyevanın doğum günüdür – FOTOLAR
02 İyul 2020 Azərbaycanda daha bir telekanalın əməkdaşları koronavirusa yoluxdu
02 İyul 2020 Prezident karantinlə bağlı Qanunu təsdiq etdi
02 İyul 2020 Dövlətin "ətəyi": Bərk tutaq ki, ölməyək!
02 İyul 2020 İbrahim Məmmədov AzTV-nin koronavirusdan ölən əməkdaşından yazdı - FOTO
02 İyul 2020 Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
01 İyul 2020 Azərbaycana 168 min fərdi qoruyucu vasitə gətirildi - FOTO
01 İyul 2020 Qurban bayramında 4 gün iş olmayacaq
01 İyul 2020 Prezident Sərəncam İmzaladı
01 İyul 2020 Bakıda karantin keçid postları ləğv olundu
01 İyul 2020 AzTV-nin əməkdaşı koronavirusdan öldü
01 İyul 2020 Prezidentdən Seyfulla Əzimovla bağlı SƏRƏNCAM
01 İyul 2020 Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
01 İyul 2020 Qəbələdə ağac kəsən şəxslər cəzalandırıldı
01 İyul 2020 Restoranda qonaqlıq təşkil edənlər ələ keçdi, sahibkar həbs edildi