b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_sdvfddgdgd.jpg

Dekabr ayının 7-də Atatürk Mərkəzində Azərbaycanın Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan yeni kitabın təqdimat mərasimi keçirilib.

Missiya.Az xəbər verir ki, “Azərbaycanın Mehriban Siması” adlanan kitabın müəllifi siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevdir. 

Təqdimat mərasimində bir sıra elm adamları, ictimai-siyasi xadimlər, millət vəkilləri, YAP Siyasi Şurasının üzvləri və tanınmış jurnalistlər və digərləri iştirak ediblər.

Atatürk Mərkəzinin rəhbəri, Azərbaycan MEA-nın həqiqi üzvü, akademik Nizami Cəfərov kitabda ölkəsi üçün gördüyü işlər, Azərbaycan dövlətçiliyinə ruhu ilə bağlı olan bir şəxsiyyətin, cəmiyyətin səsinə səs verən, hər zaman xalqının yanında olan Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban Əliyeva haqqında yazılan fikirləri yüksək qiymətləndirib.

Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban Əliyeva haqqında yazılmış bu fundamental əsər beş fəsildən ibarətdir. Kitabda Mehriban Əliyeva Azərbaycan qadınının müasir obrazı, Mədəniyyət Diplomatiyası: İctimai Missiyanın Uğur Salnaməsi, Sülh Carçısı: Milli və Bəşəri İdealların Hamısı, Heydər Əliyev Fondu Azərbaycanın zəngin milli-maddi sərvəti, Mehriban Əliyevanın İctimai-siyasi portretinin əsas cizgiləri istiqamətində qələmə alınan məqalələr, ictimai-siyasi motivli yazılar yer alıb.

Müəllif kitabda Mehriban Əliyevanın Azərbaycan mədəniyyəti tarixinin nümunələrini bütün dünyaya çatdırmasını, eləcə də, elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyətinin ölkədə ki, quruculuq proseslərinə müsbət təsirindən söz açıb. Bütün bunlar “Azərbaycanın Mehriban Siması” adlı kitabında ciddi elmi əsaslar və faktlarla əks olunub. 

Azərbaycan qadınları üçün gözəl nümunə olan Mehriban Əliyeva ölkə daxilində və xaricində keçirdiyi görüşlərdə Azərbaycan haqqında çıxışları, apardığı fikir mübadilələri ilə özünün dərin biliyə, geniş erudisiyaya malik olduğunu yüksək səviyyədə nümayiş etdirib. 

Tədimat zamanı qonaqlar kitab barədə öz fikirlərini ifadə edib, müəllifi təbrik ediblər. 

Qeyd edək ki, “Azərbaycanın Mehriban Siması” adlı kitabın yaxın gələcəkdə bir neçə xarici dillərə tərcümə edilməsi də nəzərdə tutulub. Müəllifin sözlərinə görə, artıq bu istiqamətdə işlərə başlanılıb.



08 İyul 2020 Bakıda ekspress avtobusların hərəkət qrafiki dəyişdiriləcək
08 İyul 2020 Azərbaycana çəyirtkə sürüsü hücum etdi - VİDEO
07 İyul 2020 Səhiyyə Nazirliyi evlərə bu dərmanları çatdırır - AÇIQLAMA
07 İyul 2020 Ağdərənin işğalından 27 il ötür
07 İyul 2020 Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş - Baş infeksionist danışdı
07 İyul 2020 Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - Həkimdən açıqlama
06 İyul 2020 Prezident: “Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”
06 İyul 2020 Prezident “Fairmont”dakı hadisədən danışdı
06 İyul 2020 BDU-da virtual elmi seminar keçirilib - FOTO
06 İyul 2020 Prezident bu nazirliyə yeni səlahiyyət verdi
06 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
06 İyul 2020 AzTV-nin daha iki əməkdaşı koronavirusa yoluxdu - FOTO
06 İyul 2020 Mirşahin Ağayev koronavirusa yoluxdu
06 İyul 2020 Bakıda Şuşa şəhərciyində güclü yanğın başlayıb - VİDEO
06 İyul 2020 Hovuzda dincələnlər arasında olan Mələk Heydərova üzr istədi - VİDEO
05 İyul 2020 Bu gündən bütün icazələr ləğv ediləcək - RƏSMİ
04 İyul 2020 “Sobsan” boya fabrikində güclü yanğın - VİDEO
04 İyul 2020 Dörd rayonda sakinlərin su ilə bağlı etirazına RƏSMİ MÜNASİBƏT
04 İyul 2020 İş icazəsi ilə Qəbələyə istirahətə gedənlər cərimələndi - VİDEO
03 İyul 2020 Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO