b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_d9dc2eda-2aab-4772-9670-032e99a247bc.jpg

"Sabah Azərbaycanda 650 min ağac əkiləcək. Artıq ağac əkiləcək bütün ərazilərdə torpaq hazırlıq işləri başa çatıb, çalalar qazılıb, əkiləcək ağac tingləri ərazilərə gətirilib". 

Missiya.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçiriləcək ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edəcək: “Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edəcək”.

Nazirliyin sözçüsü deyib ki, 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək: “İnanırıq ki, bu aksiya ilə insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə yönələn xeyirxah ənənənin əsası qoyulacaq”.

"Report" 

28 Yanvar 2020 Çindəki azərbaycanlıların vəziyyəti necədir? - Səfir AzTV-yə eksklüziv açıqlama verdi
28 Yanvar 2020 Ceyhun Musaoğlu alternativ namizədlərini bir masa arxasına dəvət etdi
27 Yanvar 2020 Yol polisi sürücüləri "tələ"yə salır? - RƏSMİ AÇIQLAMA
27 Yanvar 2020 Belçika parlamentinin deputatı Şevket Temiz: "Ramin Əhmədovun təşviqat startegiyasi uğurludur"
27 Yanvar 2020 İsmayıllıdakı dəhşətli qəza ilə bağlı DYP-dən AÇIQLAMA
26 Yanvar 2020 Ceyhun Musaoğlu Mehdiabadda möhtəşəm görüş keçirdi - FOTO
25 Yanvar 2020 Bakının iki rayonunda çoxmənzilli binaların sakinlərinə ŞAD XƏBƏR
25 Yanvar 2020 Akademik yasamallıları Ramin Əhmədova səs verməyə çağırdı - VİDEO
25 Yanvar 2020 Türkiyədəki dəhşətli zəlzələdən - Yeni görüntülər - VİDEO
24 Yanvar 2020 Ramin Əhmədov: "Hər bir uğurumuzun, yüksəlişimizin arxasında Cənab Prezidentimiz dayanır"
24 Yanvar 2020 Tolik 6 ildir çalışdığı müğənnidən ayrıldı
24 Yanvar 2020 Ramin Əhmədovun maraqlı və fərqli seçki kampaniyası - FOTO
24 Yanvar 2020 Şimal bölgəsində temperatur mənfi 17 dərəcəyədək enib
24 Yanvar 2020 Bakı məktəbində qızları oğurladığı deyilən qadınla bağlı polisdən açıqlama - FOTO
23 Yanvar 2020 Bakının bu istiqamətlərində 11 yeni metrostansiya tikiləcək - RƏSMİ
23 Yanvar 2020 Ramin Əhmədov: “ İndi qol çirmələyib iş görmək vaxtıdır” - Yasamalda izdiham
22 Yanvar 2020 Səyyad Əlizadə tükürpədən hadisədən DANIŞDI: “O klipdən sonra övladım öldü” - VİDEO
22 Yanvar 2020 Güclü qar yağacaq, temperatur 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
22 Yanvar 2020 Kirayə mənzillərə sahib olmaq istəyənlərə PİS XƏBƏR
22 Yanvar 2020 Ramin Əhmədovun seçki kampaniyasının daha bir özəlliyi - Könüllülər ordusu - FOTO