b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1527748632_cv.jpg

“Bu gün Baş Nazir vəzifəsinə yeni seçiləcək şəxsi çox yaxşı tanıyıram. Əli Əsədov bir iqtisadçı kimi tamamilə işin içində olan adamdır. Hesab edirəm ki, bu, çox yaxşı seçimdir”.

Missiya.Az xəbər verir ki, bu fikirləri Modern.az-a sabiq Baş Nazir Artur Rasizadə yeni Baş Nazir təyinatı barədə danışarkən deyib.

O bildirib ki, Baş Nazirlik heç də asan vəzifə deyil:

“Novruz müəllim də ötən iki il ərzində üzərinə düşən işi yerinə yetirib. O da çox yaxşı insandır. Əslində, yeni bir söz deməyəcəm. Baş Nazir vəzifəsi asan vəzifə deyil. Həm məsuliyyətli, həm də çətin vəzifədir. Çünki hər sahədən anlayışlı olmaq lazımdır. Hərbi məsələdən tutmuş  ta səhiyyə, təhsil, mədəniyyətə qədər... Nazirlər Kabinetində işləməyən adamlar elə bilirlər ki, Baş Nazir olmaq asandır. Ancaq heç də elə deyil. İşin içində olan adam başa düşür ki, Baş Nazir vəzifəsi məsuliyyət və peşəkarlıq tələb edir”. 

Artur Rasizadə Əli Əsədovu təbrik edəcəyini də söyləyib:

“Hələ Əli müəllimi təbrik etməmişəm. Təbii ki, edəcəm. Əli müəllimin Prezident Administrasiyasında çox böyük hörməti var”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun bu gün istefa verəcəyi gözlənilir. 

N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçiriləcək iclasının da gündəliyinə daxil edilib.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə Əli Əsədov gətirilir.



02 İyul 2020 Azərbaycanda daha bir telekanalın əməkdaşları koronavirusa yoluxdu
02 İyul 2020 Prezident karantinlə bağlı Qanunu təsdiq etdi
02 İyul 2020 İbrahim Məmmədov AzTV-nin koronavirusdan ölən əməkdaşından yazdı - FOTO
02 İyul 2020 Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
01 İyul 2020 Azərbaycana 168 min fərdi qoruyucu vasitə gətirildi - FOTO
01 İyul 2020 Qurban bayramında 4 gün iş olmayacaq
01 İyul 2020 Prezident Sərəncam İmzaladı
01 İyul 2020 Bakıda karantin keçid postları ləğv olundu
01 İyul 2020 AzTV-nin əməkdaşı koronavirusdan öldü
01 İyul 2020 Prezidentdən Seyfulla Əzimovla bağlı SƏRƏNCAM
01 İyul 2020 Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
01 İyul 2020 Qəbələdə ağac kəsən şəxslər cəzalandırıldı
01 İyul 2020 Restoranda qonaqlıq təşkil edənlər ələ keçdi, sahibkar həbs edildi
01 İyul 2020 Baş Prokurorluqdan əməliyyat: Ölmüş heyvan ətləri satanlar ələ keçdi
01 İyul 2020 Krediti olanlara ŞAD XƏBƏR - Borclar dondurula bilər
01 İyul 2020 Azərbaycanda daha bir yarışın dayandırılması qərara alındı - RƏSMİ
01 İyul 2020 Azərbaycanlı alim koronavirusdan vəfat edib
01 İyul 2020 Prezident SƏRƏNCAM İMZALADI
01 İyul 2020 Azərbaycanda siqaret bahalaşdı - Foto
30 İyun 2020 Professorun Paşinyan sevgisi və Milli Şura adlı şər-şəbədə yuvası...