b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_68690756_369144750698654_448213673089957888_n.jpg
Çoxdandır Azərbaycan jurnalistikasında sözünü deyən, öz dəst- xətti ilə fərqlənən, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, şair, publisist Rəşad Məcid haqqında yazmaq üçün uyğun vaxtın gəlməsini gözləyirdim. Nəhayət, belə bir gün gəlib çatdı.

Onun haqqında daha əvvəldən eşitsəm də, özünü ilk dəfə 4-5 il əvvəl, yəni hələ tələbə adını qazanmazdan qabaq bir tədbirdə görmüşdüm. Yaxınlaşıb, görüşmək istəyirdim. Amma həyəcanlı idim. Həm də çəkinirdim, utanırdım. "Rəşad Məcid adlı- sanlı jurnalistdir. Mən isə hələ gələcəkdə jurnalist olmaq istəyən bir abituriyentəm. İndi ona yaxınlaşmağım düzgün olarmı?" deyə düşünürdüm. Nəhayət, iradəmi topladım, baş redaktora doğru bir-iki addım atdım, əl uzatdım. Özümü təqdim etdim, abituriyent olduğumu, jurnalisika fakültəsinə hazırlaşdığımı dedim. Elə ilk saniyələrdən məni o qədər səmimi, o qədər mehriban qarşıladı ki, həyəcanım xeyli azaldı. Nəticədə həmin bir neçə dəqiqəlik söhbət xatirəmdə əbədi qaldı.

Tədricən adını çəkdiyim mətbu orqanda ilk yazılarım dərc olunmağa başladı. Əslində Rəşad Məcid bütün gənclərə yardım edir, onlardan, yəni bizdən öz tövsiyə və məsləhətlərini əsirgəmir. Gənclərə inanır, arxalanır. Hərdən bu və ya digər mənfi tendensiyanı görüb əsəbiləşsə də, tənqid etsə də, gənclərin inkişafı, öz yaradıcılıq qabiliyyətlərini təkmilləşdirmələri üçün əmək sərf edən də yenə odur. Bunu "525-ci qəzet"lə ştatdankənar əməkdaşlıq edən Türkan Turan, Mirçingiz Ağazadə və digərləri də təsdiqləyə bilərlər. Tanınmış jurnalistin keçirdiyi müxtəlif müsabiqələr, sorğular birbaşa olaraq gənclərin yaradıcılıq potensialının müəyyənləşməsinə, inkişafına xidmət edir. Məsələn, bir neçə ay əvvəl Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda maraqlı bir müsabiqə təşkil olundu. Gənclər ən sevdikləri kitab haqqında iki dəqiqə ərzində münsiflər heyətinə məlumat verib, əsərin məzmunundan danışdılar. Həmin tədbirdə mən də iştirak etdiyimə, yəni birbaşa hadisənin şahidi olduğuma görə deyə bilərəm ki, Rəşad müəllim böyük diqqətlə bizi dinləyirdi. Hələ kitabların müzakirəsi başlamazdan əvvəl gənclərlə o qədər səmimi söhbət edirdi ki, sanki respublikada tanınan ünlü bir qələm sahibi yox, onların dostudur. Əslində həqiqətən də, o, gənclərin dostudur. Həmin tədbirdə qaliblərə ümumilikdə 200-dən çox kitab hədiyyə edildi, xeyli hissəsi də Rəşad müəllimin şəxsi kitabxanasından, hətta aralarında onun müəllifi olduğu kitablar da var idi. Bu bilirsiz nə deməkdir? Yəni Rəşad Məcid gəncləri ədəbiyyata yönləndirmək, onları gerçək həyətla tanış etmək üçün əlindən gələn hər şeyi edir. Çünki o, özü başdan- ayağa sözdür, ədəbiyyatdır. Və, necə deyərlər, zərin qədrini zərgər bilər.

Rəşad Məcid həm də yenilikçidir. Son vaxtlar onun "Qələmsiz yazılanlar" başlığı altında geniş ictimaiyyətə təqdim etdiyi sms-essələr fikrimizi təsdiq edir. Müəllif yazır: "Pulu kitabdan üstün tutanlara nə deyək"?! Mənə elə gəlir ki, Rəşad müəllim üçün kitab hər şeydən daha əziz, müqəddəsdir. Bəlkə də, o, özü elə kitab adamdır. Hər sözündə mütləq bir məna olan kitab adam! Publisistin başqa bir sms-essesi isə belədir: "Onun bütün sirləri yazdıqlarında gizlənmişdi..." Bəlkə də, bu fikri Rəşad Məcidin özünə də aid etmək olar. Yəqin ki, müəllifin şeirlərini oxuyanlar dediklərimi təsdiqləyərlər. Həmin şeirlərdə Rəşad müəllim adətən nələrəsə işarə edir, hər birimizə tanış hisslərdən danışır. Bu qeydləri qələmə alarkən xatırlayıram ki, birinci kursda oxuyanda hörmətli müəllimlərimizdən biri-professor Akif Rüstəmov (o vaxt dosent idi) Rəşad Məcidi dərsinə dəvət etdi. Mühazirənin ortasında qonağımız qarşısındakı stəkana işarə edib: "jurnalist yarımdolu stəkana baxaraq nə isə yazmağı bacarmalıdır" dedi. Onda bu söz, yəqin ki, çoxlarımıza qəribə gəlirdi. Lakin yavaş- yavaş başa düşürük ki, həqiqətən, belədir. Bilmirəm yarımdolu stəkana baxaraq yaza bilərəm neçə- neçə istedadlı gəncə dəstək Rəşad Məcid haqqında yazmaya bilməzdim. Ad gününüz mübarək, Rəşad müəllim. Gənclər sizinlə fəxr edir! Yeni yaşınızın sizə daha çox yaradıcılıq uğurları gətirməsini arzu edirəm!

P.S: Heç bir ay yoxdur ki, Rəşad müəllimin "Səbəbi sənsən" adlı yeni şeirlər kitabı çap olunub. Bəlkə də, bu, 55-in daha uğurlu olacağına işarədir.

Kənan Novruzov, BDU Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi
21 Yanvar 2020 Baş Prokurorluq Nərminin qətli ilə bağlı daha bir sayta XƏBƏRDARLIQ ETDİ
20 Yanvar 2020 "Qoca"nın qardaşı həbs edilib - SON DƏQİQƏ
20 Yanvar 2020 Dünya çempionundan Ramin Əhmədova dəstək - FOTO
20 Yanvar 2020 20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar 2020 Ramin Əhmədov internet səsverməsində liderdir - FOTO
18 Yanvar 2020 Sürücülərin NƏZƏRİNƏ: Bu ərazilərdə yazılan radar cəriməsi ləğv olunmalıdır
18 Yanvar 2020 Nərminin anası nə üçün ev istədiyini açıqladı
17 Yanvar 2020 MSK Zahir Əzəmətlə bağlı qərar verdi
17 Yanvar 2020 Metro istifadəçilərinə ŞAD XƏBƏR
17 Yanvar 2020 Mənim deputatlıq əqidəm – Ceyhun Musaoğlunun seçki platforması - VİDEO
17 Yanvar 2020 Azərbaycanlı aparıcı təcili əməliyyata götürüldü - Qarnından 5 kilodan çox... - VİDEO
16 Yanvar 2020 Nərminin atası Bakıda ev istəmələrindən DANIŞDI - Jurnalistlərin uydurmasıdır
16 Yanvar 2020 Sənədsiz evlərin sahiblərinə ŞAD XƏBƏR
15 Yanvar 2020 İran “Boeing”in vurulma anının görüntülərini yayan şəxsi həbs etdi - VİDEO
14 Yanvar 2020 Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
14 Yanvar 2020 Vilayət Eyvazov rüşvət alan polisi işdən çıxardı - VİDEO
13 Yanvar 2020 Tahir İmanov efirdə Nigar Camalı biabır etdi: “Keçmişini yaddan çıxarıb” - VİDEO
13 Yanvar 2020 Bütün icra başçıları Bakıya çağırıldı
13 Yanvar 2020 Azərbaycanda dəhşət: Ər-arvad dəm qazından boğulub öldü
13 Yanvar 2020 Vilayət Eyvazov Vaqif Əsədov və bütün DYP-nin şəxsi heyətini sərəncama götürdü