b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ggfghghhghjhjhj.jpg
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın nəcib təşəbbüsü ilə Bakı şəhərində ictimai çəmərliklərin yaradılması işləri davam edir.

Missiya.Az xəbər verir ki, paytaxt sakinləri və eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzularını, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklər yaradılır.

Belə ki, Səbail rayonunda, “Şıx” çimərlik ərazisində yaradılan çimərlikdən sonra artıq Buzovna və Goradil qəsəbələrində növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib.

Əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun sayda kölgəlik, soyunub-geyinmə kabinaları, duş, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, avtomobil dayanacağı yaradılaraq asfaltlaşdırılıb.

Vətəndaşların istirahətinin təşkili üçün çimərliklərin ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazi boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.

Yaxın günlərdə daha 4 qəsəbədə də yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub.

Yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1565762817_faef02b9-d36d-47d9-9445-5cf0723c0449.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1565762806_8c1fb827-5d21-4b90-a629-787dc1b66579.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1565762737_0bec24e7-12e6-48b5-9f72-c9b19ea32198.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1565762743_bb49e988-c229-4d47-8e07-a92b9ccd0ae2.jpg

"Report"
21 Yanvar 2020 Baş Prokurorluq Nərminin qətli ilə bağlı daha bir sayta XƏBƏRDARLIQ ETDİ
20 Yanvar 2020 "Qoca"nın qardaşı həbs edilib - SON DƏQİQƏ
20 Yanvar 2020 Dünya çempionundan Ramin Əhmədova dəstək - FOTO
20 Yanvar 2020 20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar 2020 Ramin Əhmədov internet səsverməsində liderdir - FOTO
18 Yanvar 2020 Sürücülərin NƏZƏRİNƏ: Bu ərazilərdə yazılan radar cəriməsi ləğv olunmalıdır
18 Yanvar 2020 Nərminin anası nə üçün ev istədiyini açıqladı
17 Yanvar 2020 MSK Zahir Əzəmətlə bağlı qərar verdi
17 Yanvar 2020 Metro istifadəçilərinə ŞAD XƏBƏR
17 Yanvar 2020 Mənim deputatlıq əqidəm – Ceyhun Musaoğlunun seçki platforması - VİDEO
17 Yanvar 2020 Azərbaycanlı aparıcı təcili əməliyyata götürüldü - Qarnından 5 kilodan çox... - VİDEO
16 Yanvar 2020 Nərminin atası Bakıda ev istəmələrindən DANIŞDI - Jurnalistlərin uydurmasıdır
16 Yanvar 2020 Sənədsiz evlərin sahiblərinə ŞAD XƏBƏR
15 Yanvar 2020 İran “Boeing”in vurulma anının görüntülərini yayan şəxsi həbs etdi - VİDEO
14 Yanvar 2020 Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
14 Yanvar 2020 Vilayət Eyvazov rüşvət alan polisi işdən çıxardı - VİDEO
13 Yanvar 2020 Tahir İmanov efirdə Nigar Camalı biabır etdi: “Keçmişini yaddan çıxarıb” - VİDEO
13 Yanvar 2020 Bütün icra başçıları Bakıya çağırıldı
13 Yanvar 2020 Azərbaycanda dəhşət: Ər-arvad dəm qazından boğulub öldü
13 Yanvar 2020 Vilayət Eyvazov Vaqif Əsədov və bütün DYP-nin şəxsi heyətini sərəncama götürdü