b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dvdggfgfc.jpg

Tanınmış jurnalist Nicat Dağların bloqunda "AzTV reallığı: Dağılan steriotiplər və köhnələrin hay-küyü" başlıqlı yazı dərc olunub. Mövzunun aktuallığını nəzərə alıb sözügedən yazını təqdim edirik:

Azərbaycan Dövlət Televiziyasında qısa müddət ərzində həm mahiyyət, həm də keyfiyyətcə böyük dəyişikliklər baş verdiyini görməmək mümkün deyil. Sanki bizim biliyimiz və tanıdığımız, verilişləri və reportajları bəzən lağa qoyulan, haqqında lətifələr uydurulan televiziyanı söküb, yerində şablondan uzaq, çağdaş dövrün standartları tətbiq olunan, müasir dünya görüşünə və açıq təfəkkürə söykənən TV yaradılıb.

Görünən odur ki, zəhlətökən və mürgülü verilişləri tədricən baxımlı, dinamik və aktual mövzuların müzakirə olunduğu proqramlar, tok-şoular əvəz edir. Həm reportajların, həm analitik proqramların, həm də xəbərlərin təqdimatında yeni nəfəs duyulur, görüntülərin arxasından fərqli yanaşma və enerji ilə dolu yaradıcı komanda əməyi boy verir.

Ağır işdir. Az bir vaxtda zərərli ənənənləri dağıdıb, inqilabi dəyişiklik ruhuna köklənmək, əttökən xəbərlər və cümə axşamı mərasimlərinə bənzər verilişlərlə dövlətə xidmət etdiyini düşünəcək qədər köhnə təfəkkürdə olanların yaratdığı ağlamalı mühiti aradan qaldırmaq sizə asan gəlməsin. Bir köhnə ev təsəvvür edin: Qaranlığa qərq olub, döşəməsinə qurdlar daraşıb, tavanı çürüyüb, divarları çat verib… Qısa müddətdə onu dirçəltmək, gözoxşayan görkəm vermək, modern təmir standartları tətbiq etməklə işıqlı və geniş otaqlar yaradıb qonaq-qaralı ünvana çevirmək nə qədər məşəqqətlidirsə, köhnə “Azteveni” də yeni dövrün tələblərinə cavab verməyə iddialı olan zaftalı və sanballı DÖVLƏT TELEVİZİYASI görkəminə gətirmək bir o qədər çətindir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fgfghghj.jpg

Ortada gözlə görünən müsbət dəyişiklik varsa, yeniliyə can atıb enerji sərf olunursa, bu prosesə dəstək verilməli, görülən işlər qiymətləndirilməlidir. Mən Dövlət Televiziyasında yeni yaradılmış “Nəsillərin debatı” verilişinə ilk dəfə baxanda əməlli-başlı çaşıb qalmışdım. Əvvəlcə elə bildim ki, düyməni səhv basmışam, başqa kanaldır. İlk dəfə idi ki, Azərbaycan Dövlət Televiziyasının efirində çağdaş televiziya diskusiyası standartının tətbiq olunduğunu görürdüm və bu, məni xeyli təəccübləndirmişdi. Fərqli fikirlərin toqquşması səhnələrinə tamaşa edib, qonaqların sərbəst şəkildə polemikaya girdiyini müşahidə etdikcə, hiss edirdim ki, dəyişiklik təkcə studiyaların tərtibatında deyil,  bütünlüklə prinsipdədir. Aydın şəkildə müşahidə olunurdu ki, bu vaxta qədər tətbiq olunmuş yanaşmadan tamamilə imtina olunub, mahiyyət və xarakter etibarı ilə köhnə çərçivələrdən fərqlənən yeni müstəviyə meyillənilib. Açığı, verilişin bitməsini istəmirdim. O qədər qaynar müzakirələr gedirdi ki, adamda saatlarla oturub tamaşa etmək həvəsi yaranırdı. Qənaətim belə oldu: Bu templə və bu prinsiplərlə davam etsələr, itirilmiş böyük auditoriyanı yenidən toplamaq və televiziya flaqmanı mövqeyini bərpa etmək çətin olmayacaq.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_vcvcgfggfhghgh.jpg

Amma görülən işlərə kölgə salmaq, yenilikləri baltalamaq, şəxsi mənafelərə söykənərək mətbuatda “hay-küy” yaratmaq cəhdləri də müşahidə olunur. Pensiya yaşına çatmış şəxslərin işdən çıxarılmalarına verdikləri reaksiyanı gördükcə, açıq təhqir elementlərilə müşayət olunan etiraz bəyanatlarını oxuduqca, təəssüflənməyə bilmirsən. Bapbalaca uşaq olarkən ekranda gördüyüm aparıcının bu gün pensiyaya göndərilməsinə odlu-alovlu və bir qədər də nəzakətdən uzaq tərzdə münasibət göstərməsini adi və normal hal kimi qəbul etmək olmur. Üstəlik, əgər şəxsi çıxarlar adamı az qala, “AzTV-də peşəkarlara divan tutulur” şəklində “tozanaq” qoparmağa,  müsbət dəyişiklikləri hamının müşahidə etdiyi halda yeniliklərə müəllliflik edənləri “qeyri-peşəkar və naşı” adlandırmağa təhrik edirsə, bu artıq haqsızlığın betər formalarından biridir. Adama deyərlər ki, siz peşəkar və işbilən idizsə, niyə AzTV ağlar vəziyyətə düşdü? Yeni dövrün çağırışlarına cavab verən hansı bir nümunəni yarada bildiniz? Steriotiplərin “ətəyindən” yapışıb, boz, sıxıcı, aktuallıqdan uzaq, üzücü lirik tonda hazırlanan verilişlər sırası ilə 24 saatlıq efiri küləyə verməkdən başqa hansı işlə məşğul odunuz ki, indi Dövlət Televiziyasında yaradıcı mühitin formalaşması üçün istedadlı və intellektual gənclərin üzünə qapıları taybatay açmış adamlara “alçaq” belə deməkdən çəkinmirsiniz? Ayıb deyilmi? 50 illik təcrübəyə, yaşa və başa yaraşarmı?..  AzTV-də peşəkarlara necə divan tutulur ki, Roza Tağıyeva, Kəmalə Hüseynova, Həqiqət Əsgərzadə, Nərgiz Cəlilova, Ofelya Sənani kimi televiziyadan küsdürülmüş as diktor və redaktorlar yenidən iş başına gətirilib? Axı bütün bunlardan cəmiyyətin də xəbəri var, hamı görür, eşidir və oxuyur ki, həqiqət pensiyaya göndərilənlərin isterik halında yox, Eldost Bayram kimi 2009-cu ildən pensiyada olan əfsanəvi diktorun mikrafon arxasına qaytarılmasındadır.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fgfgff.jpg

Əlbəttə, bu gün AzTV-də müşahidə olunan dəyişikliklər bilavasitə dövlətin tətbiq etdiyi xəttə, Prezidentin bütün sahələr üçün müəyyən etdiyi islahatlar kursuna adekvat şəkildə həyata keçirilir. Əgər bu gün AzTV yenilənirsə, efir günün tələblərinə cavab verəcək formata salınırsa, deməli, DÖVLƏT BABA belə istəyir. Bu istək, bu xətt isə şübhəsiz ki, inkişaf marağından irəli gəlir.

Gəlin inkişafa, yeniliyə hesablanmış təşəbbüslərə daş atmayaq!

Dəstək olaq ki, bundan cəmiyyətimiz qazansın!

 

23 Avqust 2019 “Rəşad Atakişiyevin əzalarının hər biri yerində idi” - Qabil Hüseynli
23 Avqust 2019 Qonşu qızla oğlan intihar etdi – Azərbaycanda faciə
22 Avqust 2019 Sabah 42 dərəcə isti olacaq - PROQNOZ
22 Avqust 2019 Polisdən sakinləri qorxuya salan naməlum məxluqla bağlı AÇIQLAMA
22 Avqust 2019 Prezidentin mükafatlandırdığı ifaçı: "Bu, çox böyük diqqətdir"
21 Avqust 2019 “Attestatla bağlı polisə çağırılmışam” –Orxanın atası
21 Avqust 2019 "Arzumuz, xəyallarımız baş tutmadı" - Pilotun xanımı
21 Avqust 2019 55 yaşlı kitab adam
20 Avqust 2019 Nəsimi rayonunda dövlət əmlakı məhv olur – Baxımsız qalmış parkdan FOTOLAR
20 Avqust 2019 Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi
20 Avqust 2019 Rəşad Atakişiyevin nəşi tapıldı - AÇIQLAMA
19 Avqust 2019 MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı - FOTO
19 Avqust 2019 “Relax”da vergi işçilərini döyən deputat oğlu və 5 qohumu saxlanıldı - VİDEO
17 Avqust 2019 Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – Vüqar Bayramovla videomüsahibə
15 Avqust 2019 "Diaspor hərəkatı yeni istiqamətlər götürəcək" - Hikmət Cavadov
15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
15 Avqust 2019 ARB-nin əməkdaşı iki övladını itirdi - FOTO
14 Avqust 2019 Cəlilabad dramı: Uzuntəpəli oliqarx və su başındakı “əjdaha” - Bir kənddə nə qədər narkotacir olar?
14 Avqust 2019 Elman Rüstəmov Mərkəzi Bank sədrləri arasında ikincilərdən olub
14 Avqust 2019 Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 pulsuz çimərlik yaradılıb - FOTO