b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1573721956_1573720074_allahsukurdf.jpg
Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb.
 
Missiya.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sammitdə iştirak edirlər.
 
Əvvəlcə birgə foto çəkdirilib.
 
Sammit müqəddəs "Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə nitq söyləyib.
 
Sonra Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin "Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncamı oxunub.
 
Dövlətimizin başçısı İlham Əliyev "Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.
 
Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən Sammitdə müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, dini konfessiya və təriqət liderləri iştirak edirlər.
 
Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən "Bakı Prosesi”, "Multikulturalizm” və "İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır.
 
İkigünlük Sammitdə "Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, "Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, "Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, "Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılacaq.
 
Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq.
 
Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 11-də Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
16 Dekabr 2019 İlham Əliyevdən Xırdalanla bağlı mühüm sərəncam
12 Dekabr 2019 “Milli Şura getsin Seçki Məcəlləsini diqqətlə oxusun" - Siyavuş Novruzov
09 Dekabr 2019 “İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir” – Gürcüstan Prezidenti
04 Dekabr 2019 İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış oldular
03 Dekabr 2019 Sergey Lavrovdan Qarabağ açıqlaması: "Kompromis üçün imkanlar var”
02 Dekabr 2019 Prezident Dilarə Seyidzadəyə orden təqdim edib - FOTO
28 Noyabr 2019 Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır! - Əli Həsənovun yazısı
25 Noyabr 2019 "Müstəqil Azərbaycanda böyümüş gənclər komandası var" - Mehriban Əliyeva
22 Noyabr 2019 Ədliyyə Nazirliyi: "Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"
19 Noyabr 2019 Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı - Türkiyə mətbuatı
18 Noyabr 2019 Aİ rəsmisi: "Şərq Tərəfdaşlığına dair yeni təkliflər irəli sürüləcək"
13 Noyabr 2019 Tramp Ərdoğana 100 milyard dollar qarşılığında S-400-dən imtina etməyi təklif edib
12 Noyabr 2019 Milli Məclisdə 8 deputat yeri boşdur
08 Noyabr 2019 Bayrağımız - milli qürur mənbəyimiz - Əli Həsənov yazır
06 Noyabr 2019 “Əli İnsanov insanları işdən qovurdu, “qanun mənəm” deyirdi” - Siyavuş Novruzov
05 Noyabr 2019 Rəcəb Tayyib Ərdoğan: "Qərb ölkələri erməni terroruna münasibət bildirmirlər"
04 Noyabr 2019 ABŞ Azərbaycanın güc strukturlarına “5” qiyməti verdi
01 Noyabr 2019 Nazirlik bu şəxslərin pensiya artımları ilə bağlı məlumat yaydı
30 Oktyabr 2019 İslahatlara qarşı çıxanlar cəzalandırılacaq - Əli Həsənov
29 Oktyabr 2019 Rəsmi Bakı David Tonoyanı “xəstə” adlandırdı