b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_vbvbghhghgj.jpg

"Ölkələrimiz və xalqlarımız öz aralarında mehriban qonşuluq və dostluq ənənələrini qoruyub saxlayıb. Ümumiyyətlə, Azərbaycan və Rusiya xalqları arasında münasibətlərin dərin kökləri var".

Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bakıda "Rus kitabları evi"nin 10 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan və Rusiya mədəniyyət sahəsində də əlaqələrini möhkəmləndirməyə səy göstərir.

Ə.Həsənov Bakı ilə Moskva arasındakı strateji tərəfdaşlığın təməlinin məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün onun Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

"Bu gün ölkələrimiz arasındakı münasibətlər yüksəlişdədir", - deyə Ə.Həsənov qeyd edib.

O əlavə edib ki, ölkələrin və xalqların qarşılıqlı maraqlarına cavab verən hərtərəfli əməkdaşlığın inkişafı və möhkəmlənməsi tam gücü ilə davam edir.

"Müstəqillik qazandıqdan sonra rus dili millətlərarası dil mövqeyini itirməyib və hələ də tələbatlıdır. 300-dən çox ümumtəhsil məktəbində təhsilin rus dilində aparılması buna parlaq nümunədir. Son illərdə rusdilli siniflərə tələbat artır. Demək olar ki, bütün dövlət və bəzi özəl ali təhsil müəssisələrində təhsil eyni vaxtda iki dildə - Azərbaycan və rus dillərində aparılır”, - deyə Ə.Həsənov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin böyük hissəsi rus dilində danışır, gənc nəsil onu öyrənməyə həqiqi maraq göstərir.

Ə.Həsənov bildirib ki, Bakıda A.Puşkin, M.Lermontov, L.Tolstoyun adlarını daşıyan küçələr var, muzeylərdə isə rus şairlərinin Azərbaycan torpağına səfərləri ilə bağlı xatirələr etibarlı şəkildə qorunur.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi bu gün Azərbaycanda rus dilində teatrların fəaliyyət göstərdiyini, Bakı Slavyan Universiteti kimi müxtəlif universitetlərin olduğunu, rus dilində dövri nəşrlərin, o cümlədən rus dilində jurnalların, dərsliklərin, bədii ədəbiyyatın, KİV-in fəaliyyət göstərdiyini və telekanallarda rusdilli proqramların yayımlandığını vurğulayıb.

"Regionda öz ana dilini, mədəniyyətini və milli adət-ənənələrini qoruyan etnik ruslar bu gün ən çox Azərbaycanda yaşayır. Onlar cəmiyyətin ictimai-siyasi, elmi-mədəni, sosial-iqtisadi həyatında geniş təmsil olunur və dövlətçiliyimizin möhkəmlənməsində fəal iştirak edirlər", - deyə şöbə müdiri qeyd edib.

 
 
17 Oktyabr 2019 Prezidentin iradları və NONSES: Hörmətli nazir, eşitdiniz? – Müşavirəyə jurnalistikadan baxış
16 Oktyabr 2019 Prezident: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
14 Oktyabr 2019 Nazir: Saxta əlillik dərəcəsi almaq istəyənlərin çoxu 18 yaşına çatmayan oğlanlardır
11 Oktyabr 2019 Prezidentin köməkçisi: "Azərbaycanın seçki sistemi dünya üçün nümunədir"
09 Oktyabr 2019 “Mən başqa tədbirdə də Paşinyana cavab verə bilərdim” - İlham Əliyev
08 Oktyabr 2019 "İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı" - Əli Həsənov
07 Oktyabr 2019 Tramp: "ABŞ-ın Suriyada sonu olmayan bu axmaq müharibədən çəkilməsinin vaxtı çatıb"
04 Oktyabr 2019 İlham Əliyev: Erməni əsgərlər Azərbaycanın dinc sakinlərini öldürməkdə davam edir
03 Oktyabr 2019 Elçin Quliyev ermənilərin təxribat törətdiyi ərazidə - FOTO
01 Oktyabr 2019 "Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır" - Əli Əhmədov
26 Sentyabr 2019 İlham Əliyev: "Neft və qaz sahəsindən asılılığın azaldılması əsas prioritetlərimizdəndir"
24 Sentyabr 2019 Birinci vitse-prezidentin köməkçisi: "Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib"
20 Sentyabr 2019 İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edib
19 Sentyabr 2019 Donald Tramp ABŞ kəşfiyyatını hiddətləndirən hərəkət edib
18 Sentyabr 2019 Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
17 Sentyabr 2019 "Tərbiyəsi olmayanlar virtual müxalifətin “siyasi qəhrəmanları”na çevrilib" - Əli Əhmədov
16 Sentyabr 2019 lham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
13 Sentyabr 2019 Hakim partiya bələdiyyə seçkilərinə hazırlığa start verdi
12 Sentyabr 2019 Əli Həsənov: “Bütün sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir”
11 Sentyabr 2019 Əli Əhmədov: "Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir"