b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fdgfghhghghghj.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Missiya.Az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək əməkdaşlığımızın bütün sahələri əhatə etdiyini vurğuladı. Prezident İlham Əliyev yüksək səviyyəli siyasi əlaqələrə uyğun olaraq iqtisadi əməkdaşlığımızın da hərtərəfli inkişaf etdiyini dedi. Azərbaycan-Türkiyə tərəfdaşlığının son illərdə daha da möhkəmləndiyini bildirən dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi birgə irimiqyaslı layihələrin, xüsusilə, enerji sahəsi ilə bağlı layihələrin bölgə üçün böyük önəm daşıdığını qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda Türkiyənin xeyli sayda orta və kiçik müəssisələrinin fəaliyyətinin də iqtisadi əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyi dedi və ticarət dövriyyəsinin 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatmasından məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı Bakıda keçirilən hökumətlərarası komissiyanın səmərəli nəticələr verəcəyinə əminliyi ifadə etdi və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini dedi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Vitse-prezident Fuat Oktay, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, ölkələrimizin dövlət başçıları arasında olan dostluq münasibətlərinin əlaqələrimizin inkişafındakı rolunu xüsusi qeyd etdi. Vitse-prezident Fuat Oktay Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü münasibətilə təbriklərini çatdırdı və paytaxtımızın daha da gözəlləşdiyini qeyd edərək Azərbaycanın bundan sonra da inkişaf yolunda olacağına əminliyini ifadə etdi.

Türkiyə vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi tələbinin aradan qaldırılmasına görə təşəkkürünü ifadə edən qonaq bunun iki ölkə arasında turizm və biznes sahəsində əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini bildirdi.

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəti və birmənalı mövqeyinin olduğunu xatırladaraq, bu mövqeyin bütün beynəlxalq səviyyələrdə davamlı olaraq ifadə edildiyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

22 Oktyabr 2019 Siyavuş Novruzov mitinqlə bağlı çağırış etdi - “Hamı münasibət bildirsin”
21 Oktyabr 2019 Baş Prokurorluq: Polis əməkdaşları hər hansı güc tətbiqinə və zorakı hərəkətlərə yol verməyib
17 Oktyabr 2019 Prezidentin iradları və NONSES: Hörmətli nazir, eşitdiniz? – Müşavirəyə jurnalistikadan baxış
16 Oktyabr 2019 Prezident: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
14 Oktyabr 2019 Nazir: Saxta əlillik dərəcəsi almaq istəyənlərin çoxu 18 yaşına çatmayan oğlanlardır
11 Oktyabr 2019 Prezidentin köməkçisi: "Azərbaycanın seçki sistemi dünya üçün nümunədir"
10 Oktyabr 2019 Əli Həsənov: "Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir"
09 Oktyabr 2019 “Mən başqa tədbirdə də Paşinyana cavab verə bilərdim” - İlham Əliyev
08 Oktyabr 2019 "İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı" - Əli Həsənov
07 Oktyabr 2019 Tramp: "ABŞ-ın Suriyada sonu olmayan bu axmaq müharibədən çəkilməsinin vaxtı çatıb"
04 Oktyabr 2019 İlham Əliyev: Erməni əsgərlər Azərbaycanın dinc sakinlərini öldürməkdə davam edir
03 Oktyabr 2019 Elçin Quliyev ermənilərin təxribat törətdiyi ərazidə - FOTO
01 Oktyabr 2019 "Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır" - Əli Əhmədov
26 Sentyabr 2019 İlham Əliyev: "Neft və qaz sahəsindən asılılığın azaldılması əsas prioritetlərimizdəndir"
24 Sentyabr 2019 Birinci vitse-prezidentin köməkçisi: "Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib"
20 Sentyabr 2019 İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edib
19 Sentyabr 2019 Donald Tramp ABŞ kəşfiyyatını hiddətləndirən hərəkət edib
18 Sentyabr 2019 Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
17 Sentyabr 2019 "Tərbiyəsi olmayanlar virtual müxalifətin “siyasi qəhrəmanları”na çevrilib" - Əli Əhmədov
13 Sentyabr 2019 Hakim partiya bələdiyyə seçkilərinə hazırlığa start verdi