b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_408244108.jpg Hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir. 

Missiya.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi Əli Həsənov özünün Facebook səhifəsində bildirmişdir. O, qeyd etmişdir:

"Tez-tez bu cür suallarla qarşılaşıram “Niyə sosial şəbəkədə dostluq sorğusu göndərən hər kəsin təklifini qəbul edirsiniz?”. 

Bu sualın çox sadə bir cavabı var. Hesab edirəm ki, hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi kimi bəyan edirəm ki, dilindən, dinindən, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımızın üzləşdiyi problemə, onları narahat edən məsələlərə həssas yanaşmaq, bu kimi məsələlərin əks olunduğu müraciətlərə çevik və operativ reaksiya vermək ölkə başçısı tərəfindən qarşımıza qoyulmuş ən ümdə vəzifələrdən biridir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün isə mümkün olduğu qədər hər bir fərdi dinləmək, onlarla ünsiyyətdə olmaq lazımdır. Danılmaz həqiqətdir ki, hal-hazırda qloballaşan dünyanın yeni reallıqlarından olan sosial media gün ərzində minlərlə insanla dialoq qurmaq, cəmiyyətdə baş verən proseslərin ruhunu duymaq, təhlil etmək və xəbərdar olmaq üçün ən əlverişli platformadır. (Təəssüf ki, sosial media eyni zamanda zərərli və təxribat xarekterli çağırışların tirajlanması baxımından da münbit məkandır) Ona görə də, mənim uzun illərdir ki, bu platformada aktiv təmsil olunmağım heç kimə təəcüblü gəlməməlidir. Bildirmək istəyirəm ki, Prezidentin köməkçisi kimi mən sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə, onların narahat edən məsələlərə aydınlıq gətirməyə hər zaman hazıram."
20 Sentyabr 2019 İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edib
19 Sentyabr 2019 Donald Tramp ABŞ kəşfiyyatını hiddətləndirən hərəkət edib
18 Sentyabr 2019 Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
17 Sentyabr 2019 "Tərbiyəsi olmayanlar virtual müxalifətin “siyasi qəhrəmanları”na çevrilib" - Əli Əhmədov
16 Sentyabr 2019 lham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
13 Sentyabr 2019 Hakim partiya bələdiyyə seçkilərinə hazırlığa start verdi
12 Sentyabr 2019 Əli Həsənov: “Bütün sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir”
11 Sentyabr 2019 Əli Əhmədov: "Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir"
10 Sentyabr 2019 Putin Əsəddən borcunu ödəməyi tələb edib?- Açıqlama
09 Sentyabr 2019 "Azərbaycan iqtidarı öz siyasi rəqiblərini düşmən hesab etmir" - Əli Həsənov
06 Sentyabr 2019 İlham Əliyev: Risk və təhdidlərlə mübarizədə xüsusi xidmət orqanları müstəsna rol oynayır
04 Sentyabr 2019 Vüqar Səfərli: İkinci binada yaşayan jurnalistlərə yaxın müddətdə “kupça”lar veriləcək
03 Sentyabr 2019 Siyavuş Novruzov: "İlham Əliyevin səhhətində heç bir problem yoxdur"
02 Sentyabr 2019 İordaniya mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı - FOTO
30 Avqust 2019 Ərdoğanın bu mesajı Rusiyanı narahat etdi
29 Avqust 2019 Bakı dünyanın ən təhlükəsiz 50 şəhərindən biridir - REYTİNQ
27 Avqust 2019 Türkiyə prezidenti Rusiyada səfərdədir
23 Avqust 2019 Azərbaycan qondarma DQR-in hesabatı ilə bağlı BMT-də məktub yaymağa hazırlaşır
22 Avqust 2019 Əli Həsənov: "Hamı Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi"
21 Avqust 2019 "Zorla, məcburiyyətlə bu məsələnin həllini görmürəm"- Allahşükür Paşazadə