b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_eli111.jpg

Tanınmış jurnalist Nicat Dağların bloqunda "Təhlükəli oyun, təxribatçılara açılan qucaq və Kərimlinin konsensusu…" başlıqlı yazı dərc olunub. Mövzunun aktuallığını nəzərə alıb sözügedən yazını təqdim edirik:

Taleh Bağırzadənin “demokratiya”, “söz azadlığı” və “azad seçki” uğrunda mübarizə apardığını idda edib, onu cəmiyyətə dünyəvi dövlət sevdalısı kimi təqdim etmək üçün ya özün dəli olmalı, ya da insanları dəli yerinə qoymalısan… Başqa bir izah tapa bilmirəm.

Şükür ki, Azərbaycan cəmiyyəti çörəyi qulağına yeyən adamlardan ibarət deyil və hamı yaxşı bilir ki, kim hansı yuvadan pərvaz edib… Yüz faiz əminəm ki, cəmiyyətimiz mollanı siyasi xadim kimi qəbul edəcək səviyyədə deyil! Bu ölkədə bilməyən yoxdur ki, Taleh Bağırzadə Qum havalı mücahiddir və onu bura xüsusi missiya ilə göndərib, fəaliyyətini proqramlaşdırıblar. Odur ki, dəlilik əlamətini şəriət qanunlarının əsas tutulduğu teokratik dövlət arzusu ilə alışıb-yanan bir adamı cəmiyyətə “demokratiya aşiqi” kimi sırımağa cəhd edənlərin özündə axtarmalıyıq. Keçək mətləbə.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_taleh1.jpg

Əli Kərimlinin iki gün əvvəl “Azərbacan saatı”ndakı çıxışını dinlədim. Adam Taleh Bağırzadəyə dəstəyinin səbəblərindən danışarkən ciddi cəhdlə onun “azad cəmiyyət” axtarışına çıxmış məsum siyasətçi obrazını yaratmağa çalışırdı. Xüsusi bir həvəslə iddia edirdi ki, Bağırzadə “dinindən, dilindən, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər hüquqlar tanıyan dövlət uğrunda mübarizə aparır və məhz bu kimi “ümumi maraqlar” indiki məqamda birləşdirici rol oynayır.Birincisi, Azərbaycanda heç vaxt insanlara dininə, dilinə və etnik mənsubiyyətinə görə fərq qoyulmayıb. Nə dünən belə bir mühit olub, nə də bu gün belə bir hal yaşanır. İkincisi isə söhbət o adamdan gedir ki, Azərbaycanda dini dövlət qurulmasını qarşısına vacibat kimi qoyaraq hədəfinə doğru yolda bütün vasitələrdən istifadə etməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_gtfggffgf.jpg

Tale Bağırzadə o adamdır ki, Qumdan sonra dini təhsilini davam etdirdiyi Nəcəfdən qayıdan kimi ilk işi Bakıda təxribata əl atıb, polislə qarşıdurma yaratmaq oldu. 2011-ci il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilmiş aksiyanı nəzərdə tuturam. İndi Əli Kərimli deyir ki, hakimiyyətə qarşı mübarizədə Taleh Bağırzadə ilə onu birləşdirən dəyərlər var – Bilə-bilə ki, bu adamın hədəfində dövlətdir, bilə-bilə ki, “Müsəlman Birliyi Hərəkatı” üçün müəyyən edilmiş dəyərlər sistemində demokratiya və azad cəmiyyət anlayışına yaxın gələn heç nə yoxdur, ikrah doğuran soyuqqanlıqla “ümumi maraqlardan”, “birləşdirici dəyərlərdən” danışır… Deyir ki, məqsədimiz böyük bir konsensusa nail olub, “birinci mərhələdə” hakimiyyətə qarşı birgə mübarizəni təşkil etməkdir. Deməli, Əli Kərimliyə fərqi yoxdur, hətta bu xalqı qırıb bitirməyə, uşaqdan böyüyə hamını süngüdən keçirməyə hazır olan qüvvələrlə belə konsensus əldə etməyə hazırdır – təki hakimiyyət dəyişsin, sonrasına baxacaqlar… Hə, elə belə də deyir: “Sonrasına baxarıq”. Yəni sonrasının necə olacağına az əhəmiyyət daşıyan məsələ kimi yanaşır. Sonrası isə əslində dövlətin gələcəyi, xalqın taleyi deməkdir. “Gəlin hakimiyyəti dəyişək, sonrasına baxarıq” prinsipinə sığınmış bir adam daha necə izah etsin ki, ölkənin və vətəndaşın taleyi, yəni SONRASI onun üçün heç bir əhəmiyyət daşımır? Məncə bundan da açıq ifadəyə ehtiyac yoxdur. Mahiyyət tam çılpaqlığı ilə ortadadır – əsas odur ki, hakimiyyət dəyişsin.

Nə qədər təhlükəli bir adam!

Nə qədər təhlükəli bir oyun!

taleh.jpg

Əli Kərimlinin yanında doğrudanmı bir ağıllı adam qalmayıb ki, ona, Azərbaycanın dövlət kimi varlığını həzm edə bilməyən, onun unitarlığını özünə dərd edərək quruluşu dəyişib şəriət qanunlarını dövlət idarəçiliyinə gətirmək istəyən qüvvələrlə nəinki “birinci mərhələdə” əməkdaşlıq etmək, çiyin-çiyinə dayanıb bircə addım atmaq belə əslində ideoloji müstəvidə də eyni hədəfi bölüşmək anlamına gəldiyini izah etsin?.. Yaxud soruşsun ki, a bəy, o dediyin konsensusu niyə müxalifət partiyaları ilə yaratmaq istəmirsən? Hərəsinə bir vedrə qoşub, prosesdən kənarda saxlamağa çalışdığın halda, Qum istehsalı olan missionerlə konsensus yaratmaq istəyin hansı ehtiyacdan irəli gəlir? İsa Qəmbərə düşmən kəsilmisən, Arif Hacılının ortalıqda görünməsinə imkan vermirsən, Mirmahmud Mirəlioğlunu ümumiyyətlə saya salmırsan, İlqar Məmmədova qarşı gizli kampaniya təşkil etdirir, “satıldı” nidası ilə stasular, rəylər yazdırırsan, başqa birliklərdə, nə bilim hərəkatlarda cəm olan təşkilatlara gülür, rəhbərlərinə rişxənd edirsən, Taleh Bağırzadə bu adamlardan hansı cəhəti ilə fərqlənir ki, konsensusu məhz onunla əldə etmək istəyirsən? Soruşan yoxdur, yəqin ağıllı adamlar qalmayıb…  

Nə qədər üzücü bir durum…

Artıq tam əminliklə demək olar ki, bunların Əlikram Hümbətova münasibəti də məhz “Gəlin hakimiyyəti dəyişək, sonrasına baxarıq” kimi ziyanlı prinsipdən qaynaqlanır. Bu separatçı tüllabın bəyanatlarını da həmin o “ümumi maraqlar”, “birləşdirici dəyərlər”dən çıxış edərək yayırlar. Yəni konsensusda Əlikram da var. Hətta Faxrəddin Abbaszadə də ordadır. Qısası, bu dövləti dağıdıb qalıqlarından barrikadalar düzəltmək istəyən kim varsa, Əli bəy hamısına qucaq açıb. Əsas odur ki, hakimiyyət dəyişsin. Sonrasını Talehlə, Əlikramla, Faxrəddinlə bir yerdə müəyyən edəcəklər…

Nə qədər təhlükəli bir adam!

Nə qədər təhlükəli bir oyun!

 

22 Yanvar 2020 ABŞ-dan gözlənilməz qərar: Bu ölkənin vətəndaşlarına qadağa
21 Yanvar 2020 İlham Əliyev İsveçrədə görüş keçirdi - FOTO
20 Yanvar 2020 İran Körfəzdə Küveytə məxsus üç gəmini saxlayıb
17 Yanvar 2020 Bu şəxslərə birdəfəlik maddi yardım ayrıldı
15 Yanvar 2020 Ələt-Astara yolunun ödənişli olmasına hazırlıq gedir
13 Yanvar 2020 Deputatlığa namizədlərə pul veriləcəkmi? – Rəsmi
08 Yanvar 2020 Xamenei ABŞ bazalarına hücuma şəxsən rəhbərlik edib - FOTO
06 Yanvar 2020 Tramp İraqı hədələdi və şərt qoydu: "Düşmənçilik olacağı təqdirdə..."
26 Dekabr 2019 Zurabişvili: Azərbaycanla sərhədləri tam razılaşdırmalıyıq
25 Dekabr 2019 Türkiyə ordusu Liviyaya girəcək? - RƏSMİ CAVAB
23 Dekabr 2019 Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI
20 Dekabr 2019 Tramp Senatda impiçment prosesinin dərhal başlanmasını istədi
17 Dekabr 2019 İlham Əliyev: "Əminəm ki, səfəriniz iki ölkə arasındakı əlaqələrə çox güclü təkan verəcək"
16 Dekabr 2019 İlham Əliyevdən Xırdalanla bağlı mühüm sərəncam
12 Dekabr 2019 “Milli Şura getsin Seçki Məcəlləsini diqqətlə oxusun" - Siyavuş Novruzov
09 Dekabr 2019 “İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir” – Gürcüstan Prezidenti
04 Dekabr 2019 İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış oldular
03 Dekabr 2019 Sergey Lavrovdan Qarabağ açıqlaması: "Kompromis üçün imkanlar var”
02 Dekabr 2019 Prezident Dilarə Seyidzadəyə orden təqdim edib - FOTO
28 Noyabr 2019 Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır! - Əli Həsənovun yazısı