b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_2febdb66-e9cf-3839-a890-736107aa4d83_850.jpg

Bakıda oğurluq hadisəsi baş verib.

Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də rayon ərazisindəki telefon satışı mağazalarının birindən 34 519 manat dəyərində mobil telefonlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri O.Mehdiyev və F.Kərimli saxlanılıblar.