b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_deklikk.jpg

Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Missiya.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, oktyabrın 8-i, saat 02:00-da Müşfiqabad qəsəbəsində küçədə 1998-ci il təvəllüdlü Qobustan rayon sakini Murad Bəhramovun qarın və qol nahiyəsindən bıçaq xəsarətləri yetirilmiş meyiti tapılıb. Bundan əlavə, M.Bəhramovun 1981-ci il təvəllüdlü həmyerlisi Məqatil Abbasəliyev ağır yaralı vəziyyətdə olub və Qaradağ regional xəstəxanasına yerləşdirilib.

Faktla bağlı heç kim tutulmayıb. Rayon prokurorluğu 120 (qəsdən adam öldürmə) və 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başladıb. Cinayətin motivi araşdırılır.

İlkin məlumata görə, qətldə şübhəli bilinən şəxs avtomobillə hadisə yerindən qaçıb. Bu, yaxınlıqda quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınıb.

Xatırladaq ki, Bakıda saat 21:00-dan etibarən komendant saatı tətbiq olunur. Cinayət meyitin aşkar edilməsindən yarım saat əvvəl törədilib.


22 Oktyabr 2020 Qubada 29 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
21 Oktyabr 2020 Şəmkirdə kişi qonşusunu bıçaqlayıb qaçdı
13 Oktyabr 2020 Bakıda yeniyetmələr arasında bıçaqlanma olub
08 Oktyabr 2020 Qubada ev yandı: Ölən var
25 Sentyabr 2020 Bakıda polis polkovniki qətlə yetirildi
24 Sentyabr 2020 İsmayıllıda avtomobil dərəyə aşdı: Bir nəfər öldü
17 Sentyabr 2020 Bakıda tanışını öldürən şəxs tutuldu
16 Sentyabr 2020 Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var
15 Sentyabr 2020 Bakıda fəhlə 11-ci mərtəbədən yıxılaraq öldü
14 Sentyabr 2020 Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
14 Sentyabr 2020 Azərbaycanda dəhşət: Gəlin qayınatasını bıçaqladı
11 Sentyabr 2020 Sumqayıtda 32 yaşlı kişini öldürən tutuldu
11 Sentyabr 2020 Azərbaycanda qardaş bacısını öldürdü
10 Sentyabr 2020 Bakı sakini bir yaşlı bacısı oğlunu avtomobillə vuraraq öldürüb
10 Sentyabr 2020 Azərbaycanda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edildi
10 Sentyabr 2020 Abşeronda baş verən dəhşətli qəzanın görüntüləri +18 VİDEO
10 Sentyabr 2020 17 yaşlı yeniyetmə dostu tərəfindən bıçaqlandı
07 Sentyabr 2020 Bakıda 50 yaşlı qadın pəncərəni silərkən yıxılıb öldü
07 Sentyabr 2020 Azərbaycanda polis onu söyən qonşusunu güllələdi
07 Sentyabr 2020 “Semaşko”da 38 yaşlı xarici vətəndaş koronavirusdan öldü