b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_ggghgfhikkjjkj.jpg
Korrupsiya və rüşvətxorluq kimi qanunsuz hallara qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı “Fakt Araşdırıcı-N” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə Missiya.Az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilib. 

Araşdırmalarla, həmçinin, Z.Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. 

Z.Məmmədova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qeyd edilən hüquqi şəxsin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, dövlətin iqtisadiyyatın inkişafı sahəsindəki siyasətinə kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən yol verilən korrupsiya və rüşvətxorluq kimi qanunsuz hallara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.



14 İyul 2020 Bakıda eyvandan yıxılan qadın xəstəxanada öldü
11 İyul 2020 Azərbaycanda beş milyonluq dövlət vəsaitini mənimsəyən mütəşəkkil dəstə ələ keçdi - VİDEO
10 İyul 2020 Baş Prokurorluq suda batan əsgərlə bağlı məlumat yaydı
10 İyul 2020 Azərbaycanda daha bir tibb işçisi koronavirusdan öldü - FOTO
10 İyul 2020 Azərbaycanda dəhşətli qətl: Qonşusunu bıçaqlayıb öldürdü
09 İyul 2020 Zərdab rayonunda üç nəfər Kürdə batıb
09 İyul 2020 “Bandotdel” bu nazirliyin əməkdaşlarını rüşvət alarkən SAXLADI
09 İyul 2020 Zaqatalada musiqiçi intihar edib
07 İyul 2020 Azərbaycanda bankın vəzifəli şəxsləri həbs edildi
07 İyul 2020 Bu yüksək vəzifəli şəxs vəfat etdi
07 İyul 2020 Azərbaycanda kafedra müdiri koronavirusdan öldü - FOTO
03 İyul 2020 Goranboyda ağır qəza: Bir nəfər öldü
03 İyul 2020 Bakıda 15 yaşlı oğlan hovuzda boğuldu
03 İyul 2020 17 yaşlı oğlan Kürdə batdı
03 İyul 2020 Azərbaycanda iki yaşlı uşağı kürəklə qətlə yetirdilər
02 İyul 2020 Kürdəmirdə avtomobil traktorla toqquşdu: Bir nəfər yaralandı
02 İyul 2020 Bakıda 29 yaşlı iş xanımı qəfil öldü - FOTO
01 İyul 2020 Azərbaycanda kişi qardaşını amansızlıqla qətlə yetirdi
01 İyul 2020 Azərbaycanda iş adamı yol qəzasında öldü
01 İyul 2020 Bakıda karantin qaydalarını pozan gənc özünü doğradı