b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15803577141580308444beyy.jpg

Ötən gün saat 11 radələrində Masallı rayonu Həsənli kənd sakini, 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Mayıs qızı Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyiti rayon mərkəzi xəstəxanasına daxil olub.

Missiya.Az xəbər verir ki, polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Daxili İşlər Nazirliyi (DİN) və Baş prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilib ki, məhkəmə-tibbi ekspertin iştirakı ilə Fatimə Qəmbərovanın meyitinə baxış zamanı, meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib. Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, mərhumun ölümünə səbəb boyun üzvlərinin sıxılma nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub.

Masallı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisənin Fatimə Qəmbərovanın 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə Fatimə Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Kənd sakinlərinin dediyinə görə, Fatimə və İman 1 ilə yaxın nişanlı olublar və bu il yanvar ayının 10-u evləniblər, ailə-münaqişə zəminində heç bir hadisə baş verməyib. Onlar birlikdə İman Məmmədovun təhsili ilə bağlı Sumqayıt şəhərinə köçməyə hazırlaşırlarmış.

İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.



07 Avqust 2020 Azərbaycanda kişi qohumunu amansızlıqla qətlə yetirdi
07 Avqust 2020 334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib - RƏSMİ
07 Avqust 2020 Bakıda bir nəfər liftin şaxtasına düşdü
05 Avqust 2020 Şəmkir sakini bıçaqlandı
05 Avqust 2020 Bakıda 32 yaşlı kişi özünü yandırıb
30 İyul 2020 DTX xarici ölkəyə casusluq edən ər-arvadı həbs etdi
30 İyul 2020 Azərbaycanda dəhşətli qəza: Ər-arvad maşında yanaraq öldü
30 İyul 2020 Masallıda ata və oğulu güllələyən şəxs tutuldu
29 İyul 2020 757 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi
29 İyul 2020 Bakının mərkəzində 29 yaşlı şəxs başından bıçaqlandı
28 İyul 2020 Bakıda azyaşlı qaynar süd qazanına düşərək öldü
27 İyul 2020 Bakıda altı yaşlı uşağı avtomobil vurdu
27 İyul 2020 Azərbaycanda 27 yaşlı kişi dəhşət saçdı: Bir qohumunu öldürdü, birini yaraladı
24 İyul 2020 Bakıda 33 yaşlı qadın intihar edib
24 İyul 2020 Azərbaycanda dəhşətli qətl: qayınata kürəkənini öldürüb meşədə basdırdı
23 İyul 2020 “Şeron” qrupunun üzvü vəfat etdi - VİDEO
23 İyul 2020 ABŞ polisi Azərbaycanın şikayətin təmin etdi: Ermənilər həbs olundu
23 İyul 2020 Azərbaycanda daha bir tələbə qəfil öldü - FOTO
22 İyul 2020 Bakıda ana uşaq dünyaya gətirdikdən sonra öldü
20 İyul 2020 Bakıda oğurluq edən və silah gəzdirən şəxslər ələ keçdi - FOTO