b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1573028311_rezonans-139.jpg
ARB TV-nin “Rezonans” proqramında bu dəfə Ucar rayonundan olan, 1975-ci il təvəllüdlü məhkum Qulu Lətifov həyatından danışılıb.

Məhkum Qulu Lətifov - Cəzası 6 il 6 ay (ümumi 14 il): “Ucar rayonunda doğulmuşam. Ata bir, ana ayrı ögey qardaşlarım var. Ticarətlə məşğul olmuşam, orta məktəbi Şuşada oxumuşam. 2003-cü ilin sonlarından cinayətə qurşandım. Nəsimi bazarında alış-veriş edirdim, Beyləqandan olan uşaqlarla bazarda işləyirdim. Mənə torba tikdilər və mən cinayətkar oldum.

2010-cu ilin 3 mart tarixində ikinci cinayətimi törətdim. Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (Dələduzluq) ittiham edildim. 2015-ci ilin 6 dekabr tarixində üçüncü cinayətimi törətdim, oğurluq etdim. 6 il yarım hökm oxundu, maddələr dəyişdiyinə görə endirildi 5 ilə. Birinci dəfə həbsə düşüb çıxandan sonra 1 il azadlıqda qaldım, ikinci həbsimdən sonra azadlığa çıxanda 3 ilə yaxın azadlıqda qaldım. Üçüncü həbsim isə indidir, 5 il azadlıqdan məhrum edilmişəm, 1 il 4 ay cəzam qalıb.
 
Öz səhlənkarlığımın ucbatından həbsə düşmüşəm, çox peşmanam. Bu cəzadan azadlığa çıxandan sonra inanmıram ki, bir daha belə əməl törədəm, yenidən həbs ediləm. 2014-cü ildə yenicə ailə qurmuşdum. Ailə qurandan 2 il sonra həbs edildim. Düşünürəm ki, azadlığa çıxandan sonra məni söysələr də cinayət törətməyəcəm, həbs olunmaq olmayacaq bir daha.

Özümə nifrət edirəm, çox peşmanam. Yanıma ancaq ögey qardaşım gəlir. Ailəmlə ancaq telefonla danışıram, rəva bilmirəm onların həbsxanaya gəlməsini. Övladım dünyaya gələndə mən həbsdə idim, oğlumun üzünü görə bilmədim. Qızımı görmüşəm, 5 yaşı var. Həyat yoldaşım deməyib həbsdə olduğumu, bilmirlər həbs edildiyimi. Qızıma deyiblər ki, başqa ölkədədir, zəng edəndə də deyir ki, ata gələndə mənə saqqız alarsan.

Evim yoxdur, yoldaşım qayınatamgildə qalır, çox sağ olsunlar ki, övladıma baxırlar. Bir arzum var ki, azadlığa çıxım övladlarımı oxudum, onların təhsili ilə məşğul olum”.


14 Yanvar 2020 Bəxtiyar Hacıyevi sosial şəbəkələrdə təhdid edən şəxs saxlanılıb
07 Yanvar 2020 Bu gün Yunis Səfərov və digərlərinin məhkəməsi başlayır
06 Yanvar 2020 Stilist Anar vəfat etdi - FOTO
27 Dekabr 2019 Bakıda “kimyagər” narkobaron saxlanılıb
27 Dekabr 2019 Azərbaycanda polisə qarşı sui-qəsd edilib
23 Dekabr 2019 Bakıda 30 yaşlı sürücünü öz "Niva"sında güllələdilər - FOTO
20 Dekabr 2019 Bakıda Atatürk prospektindəki tuneldə ağır qəza - VİDEO
18 Dekabr 2019 Bakıda restoran müdiri rəqqasənin başından güllə ilə vurub - Samir Bağırov da orada olub - VİDEO
16 Dekabr 2019 Azərbaycanda məmur ad günündə özünü asdı: Həştərxan vilayətinin qubernatoru da məclisdə olub - FOTO
12 Dekabr 2019 DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yaydı
09 Dekabr 2019 Azərbaycanda ailə faciəsi - Bir ailənin 4 üzvü zəhərləndi, ana öldü
25 Noyabr 2019 Azərbaycanda yüksək vəzifəli məmur qəzaya düşdü: Arvadı və sürücüsü öldü
25 Noyabr 2019 Xırdalanda dəhşətli qətl: Qardaş qəbiristanlıqda bacısının başını kəsdi - FOTO
19 Noyabr 2019 Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO
14 Noyabr 2019 Xaçmazda qatar gənci parçalara böldü - Ayağı 32 metr kənardan tapıldı
11 Noyabr 2019 Bernardonu bıçaqlayan şəxs SAXLANILDI
05 Noyabr 2019 DTX əməliyyat keçirdi - Əcnəbi vətəndaş saxlanıldı
30 Oktyabr 2019 DİN Yevlaxda əməliyyat keçirdi - FOTO
26 Oktyabr 2019 Bakıda dəhşətli qətl: Boğazını kəsib quyuya atdılar
25 Oktyabr 2019 SON DƏQİQƏ! Azərbaycanlı ekstrasens Moskvada güllələndi