b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1568882231_1568880021.1568875103_20190919_103703.jpg
İki gün əvvəl Bakıda gənc qızın ölümünə səbəb olan dəhşətli hadisənin görüntüləri üzə çıxıb.
 
Missiya.Az xəbər verir ki, hadisə sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib. Ramal Məmmədovun idarə etdiyi "Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 25 yaşlı Gülgün Əmiraslanlını vurub. 
 
Video görüntülərdən görünür ki, N.Əmirazlanlı işıqforun yaşıl işığıının yanmasını gözləyir və avtomobillərin hərəkəti dayandıqdan sonra yolu keçmək istəyir. Bu zaman işıqforun qırmızı işığına məhəl qoymayan və yüksək sürətlə hərəkət edən "Volkswagen Passat” G.Əmiraslanlını vurur. Zərbənin təsirindən G.Əmiraslanlı hadisə yerindən bir neçə metr kənara düşür. O, aldığı xəsarətlərdən dünyasını dəyişir.
 
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. R.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
 
Piyadanın ölümünə səbəb olan R.Məmmədov 10 GN 002 dövlət nömrə nişanını bir neçə  avtomobilin üzərinə bağlayırmış. Bundan başqa onun avtomobillə etdiyi təhlükəli manevrlərin videogörüntüləri yayılıb. 
 
Həmin görüntüləri təqdim edirik:



Criminal.az
21 Yanvar 2020 Ələkbər Yasamallının bacısı oğlu niyə intihar edib? - TƏFƏRRÜAT
14 Yanvar 2020 Bəxtiyar Hacıyevi sosial şəbəkələrdə təhdid edən şəxs saxlanılıb
07 Yanvar 2020 Bu gün Yunis Səfərov və digərlərinin məhkəməsi başlayır
06 Yanvar 2020 Stilist Anar vəfat etdi - FOTO
27 Dekabr 2019 Bakıda “kimyagər” narkobaron saxlanılıb
27 Dekabr 2019 Azərbaycanda polisə qarşı sui-qəsd edilib
23 Dekabr 2019 Bakıda 30 yaşlı sürücünü öz "Niva"sında güllələdilər - FOTO
20 Dekabr 2019 Bakıda Atatürk prospektindəki tuneldə ağır qəza - VİDEO
18 Dekabr 2019 Bakıda restoran müdiri rəqqasənin başından güllə ilə vurub - Samir Bağırov da orada olub - VİDEO
16 Dekabr 2019 Azərbaycanda məmur ad günündə özünü asdı: Həştərxan vilayətinin qubernatoru da məclisdə olub - FOTO
12 Dekabr 2019 DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yaydı
09 Dekabr 2019 Azərbaycanda ailə faciəsi - Bir ailənin 4 üzvü zəhərləndi, ana öldü
25 Noyabr 2019 Azərbaycanda yüksək vəzifəli məmur qəzaya düşdü: Arvadı və sürücüsü öldü
25 Noyabr 2019 Xırdalanda dəhşətli qətl: Qardaş qəbiristanlıqda bacısının başını kəsdi - FOTO
19 Noyabr 2019 Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO
14 Noyabr 2019 Xaçmazda qatar gənci parçalara böldü - Ayağı 32 metr kənardan tapıldı
11 Noyabr 2019 Bernardonu bıçaqlayan şəxs SAXLANILDI
06 Noyabr 2019 3-cü dəfə həbsə düşən məhkum: "Özümə nifrət edirəm, çox peşmanam" - VİDEO
05 Noyabr 2019 DTX əməliyyat keçirdi - Əcnəbi vətəndaş saxlanıldı
30 Oktyabr 2019 DİN Yevlaxda əməliyyat keçirdi - FOTO