b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_FotoJetf.jpg

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olan səkkiz nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin yaxalanmasının görüntülərini yayımlayıb. 

Məlumatlara görə, əməliyyat Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə baş tutub. 

Dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılaraq, mütəşəkkil cinayətkar dəstəyə daxil olan 8 nəfər həbs edilib. Bu cinayətkar şəbəkə ilə əlbir olan şəxsiyyəti hələ ki, müəyyən edilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.

19 Noyabr 2019 Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO
14 Noyabr 2019 Xaçmazda qatar gənci parçalara böldü - Ayağı 32 metr kənardan tapıldı
11 Noyabr 2019 Bernardonu bıçaqlayan şəxs SAXLANILDI
06 Noyabr 2019 3-cü dəfə həbsə düşən məhkum: "Özümə nifrət edirəm, çox peşmanam" - VİDEO
05 Noyabr 2019 DTX əməliyyat keçirdi - Əcnəbi vətəndaş saxlanıldı
30 Oktyabr 2019 DİN Yevlaxda əməliyyat keçirdi - FOTO
26 Oktyabr 2019 Bakıda dəhşətli qətl: Boğazını kəsib quyuya atdılar
25 Oktyabr 2019 SON DƏQİQƏ! Azərbaycanlı ekstrasens Moskvada güllələndi
17 Oktyabr 2019 Milli Məclisin yanında dəhşətli qəza - VİDEO
14 Oktyabr 2019 Şamaxıda 3 yaşlı uşaq xlorofos içdi, təcili Bakıya gətirildi
10 Oktyabr 2019 Döyülərək öldürülən 18 yaşlı Aygün haqqında YENİ FAKTLAR - VİDEO
08 Oktyabr 2019 Azərbaycanda dəhşət: gənc qızı ölümcül döyüb yol kənarına atdılar
07 Oktyabr 2019 Bakıda liftlərdə seksual hərəkətlər edən manyak saxlanıldı
27 Sentyabr 2019 Bakıda cinsi azlığı zorladılar, döydülər və kənddən qovdular
26 Sentyabr 2019 Beş piyadanın üzərindən keçən azərbaycanlı azadlığa buraxıldı - VİDEO
23 Sentyabr 2019 Azərbaycanda sosial şəbəkə istifadəçisi paylaşımına görə tutuldu
20 Sentyabr 2019 Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
19 Sentyabr 2019 Bakıda "Volkswagen Passat” Gülgünü belə vurub öldürdü - HADİSƏ ANI - VİDEO
13 Sentyabr 2019 Güllələnən hüquqşunas öldü - TƏFƏRRÜAT
11 Sentyabr 2019 Bakıda adam oğurlayan dəstə tutuldu - Bir girov azad edildi