b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1556706012_bicaq_021365.jpg
2017-ci ilin yayında Yasamal rayonu "Sovetski" məhəlləsində keçmiş sevgilisini amansızlıqla öldürən, onun kirayə yaşadığı evin sahibi ilə oğlunu isə bıçaqlayan 1991-ci il təvəllüdlü Sənan Məmmədov Ali Məhkəməyə müraciət edib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində 19 il həbs qərarı verdiyi S.Məmmədov Apelyasiya Məhkəməsində tələbinin rədd edilməsindən sonra kassasiya şikayəti verib. O, işə düzgün baxılmasını tələb edib. İşə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.
 
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Məmmədov Sənan Qara oğlu Cinayət Məcəlləsinin 120.2.6-cı, yəni başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə maddəsi ilə məhkum edilib. 
 
Hadisə isə Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib. Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər. S. Məmmədov əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetirib. Yaralılar Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Mahirə Əliyeva xəstəxanada ölüb, digərləri sağ qalıb.
 
Ev sahibəsi M.Həsənova məhkəmədə ifadəsində bildirib ki, S.Məmmədovla qonşu olub: "Hadisədən əvvəl mərhum Mahirə Əliyeva bizə gəldi. Dedi ki, evdə pul var idi, yoxa çıxıb. Çox qorxmuşdu. Bildirirdi ki, Sənan onu öldürəcək. Mahirə tez-tez bizə gəlirdi. Bir müddət keçəndən sonra Sənan oradan köçüb getdi. Mahirə də mənim evimə köçdü. Hadisə günü Sənan gecə dostları ilə bizim evə gəldi. Mahirə məni səslədi ki, Sənanın xalası oğlu onu çağırır. Mən qapının yanına gələndə Sənan Mahirəyə yeddi bıçaq zərbəsi vurdu. Hadisə gözümün qabağında oldu".
 
M.Həsənova qeyd edib ki, hadisə zamanı oğlu hamamda olub, onun səsinə qapının yanına gəlib: "Sənan oğluma altı bıçaq zərbəsi endirib, məni də bir-neçə dəfə bıçaqladı".
 
Zərərçəkmiş söyləyib ki, hadisədən əvvəl mərhum Mahirə Əliyeva S.Məmmədov tərəfindən tez-tez döyüldüyünü bildirib.

S.Məmmədov qeyd edib ki, hadisədən əvvəl onun pulu yaşadığı evdən oğurlanıb: "Bunlar mənim pulumu oğurlamışdı. Bu barədə polisə də məlumat verdim. Sonra mənim yoldaşım Mahirəni rayona toya apardıqlarını dedilər. Polisdə məlum oldu ki, pulu Laçın Həsənovla birgə aparıblar".
 
M.Həsənova bildirib ki, hadisədən sonra S.Məmmədov müstəntiqə deyib ki, gərək bunların hamısını "biçərdim". 
 
///news24.az
17 İyul 2019 Sədərəkdə yumurtadan kütləvi zəhərlənmə
15 İyul 2019 Zelenskinin korteji uşaqla dolu avtobusa çırpıldı - VİDEO
12 İyul 2019 Azərbaycanda 3 yaşlı uşağı "tok" vurub öldürdü
11 İyul 2019 Bakıda polis polkovnikinin oğlu özünü 5-ci mərtəbədən atdı
10 İyul 2019 Sürücülərin yatması qəzalara səbəb oldu - VİDEO
09 İyul 2019 Masallıda üç ailənin 8 üzvünün öldüyü qəzanın səbəbi açıqlandı
06 İyul 2019 Moskvada sərnişinləri zəhərləyən erməni taksi sürücüsü saxlanıldı
04 İyul 2019 Bakıda fəhlənin başına daş düşdü
27 İyun 2019 Bakıda dönərdən kütləvi zəhərlənməyə görə CİNAYƏT İŞİ BAŞLANDI
21 İyun 2019 Kür çayında iki yeniyetmə batıb - Meyitləri hələ tapılmayıb
20 İyun 2019 Bakıda tanımadığı qadınla cinsi əlaqədə olan kişinin başı dərddə
19 İyun 2019 Bakı toyunda kütləvi dava - Yaralılar var
18 İyun 2019 Azərbaycanlı taksi sürücüsü DİN rəsmisini qarət etdi - VİDEO
15 İyun 2019 Jurnalistin qızı və həyat yoldaşının intiharı ilə bağlı təfərrüatlar
14 İyun 2019 Bakıda dəhşətli hadisə: Ana və qızı özlərini 10-cu mərtəbədən atdı
14 İyun 2019 Bakı metrosunda intihara cəhd - Sevgilisi ilə dalaşan qız özünü qatarın altına atmaq istədi
12 İyun 2019 Bakıda BMW reklam lövhəsinə çırpılıb yandı - Ölən və yaralı var
12 İyun 2019 Salyanda parkdan raket tapılıb
11 İyun 2019 Bakı məktəbində qız hər kəsi aldatdı: Direktor məsələni ictimailəşdirdi - FOTO
10 İyun 2019 Azərbaycanda oğlunun hərəkətinə görə kişiyə qadın paltarı geyindirdilər