b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_esir.jpg

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri humanitar məqsədlərlə əsir və girovların, cəsədlərin dəyişdirilməsinin təmin olunmasıdır.

Missiya.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiqdir:

“Ermənistandan fərqli olaraq, Azərbaycan ordusuna təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxslər Cenevrə Konvensiyalarının tələblərinə əsasən, dərhal döyüş bölgəsindən çıxarılaraq internə edilib, saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin edilib.

Azərbaycan tərəfi əsir düşmüş erməni hərbçiləri barədə məlumatları müntəzəm qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına təqdim edib, BQXK nümayəndələrinin onlara baş çəkmələrinə hərtərəfli şərait yaradıb, bəzi əsirlərin öz valideynləri ilə telefon əlaqəsi saxlamalarını təşkil edib.

Erməni sosial media resurslarında məqsədyönlü şəkildə, guya Azərbaycan Respublikasının qələbə münasibətilə keçirəcəyi hərbi paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi, onlarla qeyri-insani rəftar edilməsi ilə bağlı yalan xəbərlər yayılmaqdadır.

Əsassız və həqiqətəuyğun olmayan belə məlumatları qəti şəkildə rədd edirik. Bildiririk ki, hərbi əsirləri nümayiş etdirmək, onları aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil.

Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq, Birinci Qarabağ müharibəsində olduğu kimi azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tutur, onlar haqqında vaxtında məlumat vermir, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmir. Bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur.

Eyni zamanda erməni hərbçilərinin əsir düşmələrinin əsas səbəbinin Ermənistanın yeritdiyi təcavüz və işğalçılıq siyasəti olduğunu bir daha vurğulamaqla erməni analarına müraciət edərək, övladlarının qaytarılması ilə bağlı problemin başlıca günahkarının Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe olduğunu bildiririk.

Azərbaycan Respublikası hamının hamıya prinsipi ilə bütün əsir və girovların qarşılıqlı şəkildə dəyişdirilməsinin tərəfdarıdır.

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyən edilməsi üçün BQXK və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığı ilə təmaslar davam etdirilir.

Vətəndaşların müraciət etmələri üçün Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının “www.human.gov.az” rəsmi internet səhifəsi, (+994 12) 405-71-61 telefon əlaqə və (+994 12) 8161 qaynar xətt nömrələri fəaliyyət göstərir”.



16 Yanvar 2021 Hirkanda baş vermiş yanğın lokallaşdırılıb
16 Yanvar 2021 Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
16 Yanvar 2021 Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb
16 Yanvar 2021 Tbilisidə polis və etirazçılar arasında qarşıdurma olub, 10-a yaxın şəxs saxlanılıb
16 Yanvar 2021 Füzulinin Mirzəcamallı kəndindən görüntülər
16 Yanvar 2021 Azərbaycanda koronavirusa yoluxanların təxmini sayı açıqlandı
16 Yanvar 2021 Donald Trampın sosial şəbəkə səhifələri açıldı
16 Yanvar 2021 Bakıda qar yağacaq
16 Yanvar 2021 Azərbaycanın Latviyadakı səfirliyinin yerləşdiyi binada yanğın olub
16 Yanvar 2021 Şahmar Möhsümov: "Zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb"
16 Yanvar 2021 Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16 Yanvar 2021 Karantinə getməmək üçün yalnız vaksinasiya yetərli deyil - TƏBİB-dən çağırış
16 Yanvar 2021 Koronavirusdan sağalan insanlara da vaksin vurulacaq?
16 Yanvar 2021 Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib
16 Yanvar 2021 Operativ Qərargahdan məktəblərlə bağlı açıqlama
16 Yanvar 2021 Azərbaycanda peyvəndləmə ilə bağlı elektron qəbul sistemi yaradılacaq
16 Yanvar 2021 TƏBİB: Koronavirusa qarşı mütləq ikinci doza peyvənd vurulmalıdır
16 Yanvar 2021 Prezidentin köməkçisi : "Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib"
16 Yanvar 2021 Vaksinlərin alınması Koronavirusla Mübarizə Fondunun vəsaiti hesabına həyata keçirilir
16 Yanvar 2021 Səhiyyə Nazirliyi: Vaksin təhlükəsizdir