b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1600336907_serhed.jpg
Bu gün külli miq­darda narkotik vasitənin qa­çaq­­malçılıq yolu ilə ölkə ərazisinə keçirilmə­sinin qarşısı alınıb.
 
Missiya.Az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­larının "Horadiz” sərhəd dəs­tə­sinin Beyləqan ra­yonunun 2-ci Şahsevən kəndi ya­xınlığındakı sərhəd zas­tavasının xidməti ərazi­sində 2 nəfər naməlum şəxsin İran İslam Respub­likasından Azərbay­can isti­qa­mətində dövlət sər­hədini pozması  sərhəd naryadı tərəfin­dən aşkar olun­ub. Sər­həd po­zucularının əllərində silah və yüklərin olması mü­şahidə edilib.
 
Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək havaya xə­bər­­darlıq atəşi açılmış­dır. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sər­həd naryadına qarşı silah tətbiq etməklə geri qaçmağa cəhd ediblər.
 
Sərhəd naryadı tərəfindən "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə ye­rində ölüb. Digər sərhəd pozucusu ərazinin mürəkkəb relyefli olma­sından istifadə edərək geri qaçıb.
 
Dövlət sərhədinin pozulması cəhdinin qarşısının alındığı əraziyə baxış zamanı 1 ədəd tüfəng, 2 ədəd çantada təxmini çəkisi 15 kq olan narkotikə bənzər maddə aşkar edilib.
 
Sərhəd pozu­cuları ilə görüşərək onlardan yükü təhvil almağa gəlmiş və sər­həd zas­ta­va­sı­nın mühəndis-texniki çəpərindəki məftilləri qıraraq sərhəd­boyu zolağa daxil olmuş Azərbaycan vətəndaşı, Beyləqan rayon sakini 1975-ci il təvəllüdlü Məmmədov Adiş Cavad oğlu saxlanılıb, üzərində sərhəd pozu­cu­larına vermək üçün gətirdiyi 10 ədəd şüşə qabda alkoqol işkiləri aşkar olunub.
 
Hadisə barədə İran sərhəd nümayəndəliyi məlumatlandırılıb.
 
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sər­həd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. 

27 Oktyabr 2020 Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
27 Oktyabr 2020 Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı - Ermənistana XƏBƏRDARLIQ
27 Oktyabr 2020 Ön cəbhədə döyüşən əsgərin xəyalını gərçəkləşdirən iş adamı onunla görüşdü - VİDEO
26 Oktyabr 2020 İlham Əliyev: “Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir”
25 Oktyabr 2020 İlham Əliyev: “Qubadlı şəhəri işğalçılardan azad olundu”
24 Oktyabr 2020 MN: Düşmən qüvvələrindən əsir götürülənlər var
23 Oktyabr 2020 Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlanıb
23 Oktyabr 2020 Baş infeksionist əhaliyə müraciət etdi
23 Oktyabr 2020 DİN-dən əhaliyə terror xəbərdarlığı - "102" -yə zəng edin
22 Oktyabr 2020 "Birliyimizi pozmağa cəhd edən xainlərin bütün cəhdləri iflasa uğrayacaq" - Ramin Əhmədov
22 Oktyabr 2020 Azərbaycanda koronavirusa yoluxmada yeni rekord qeydə alındı: Altı nəfər öldü
22 Oktyabr 2020 Ermənistanda günlük yoluxma 2 mini keçdi
22 Oktyabr 2020 İmmuniteti artıran dərmanlar koronavirus üçün təhlükəli imiş
21 Oktyabr 2020 Hikmət Hacıyev Ermənistanın baş nazirinə cavab verib
21 Oktyabr 2020 Azərbaycan ordusu 24 günə Ermənistana illik büdcəsi qədər ziyan vurub
19 Oktyabr 2020 Hərbçimiz 27 il sonra Füzulidəki doğma evini ziyarət edib - VİDEO
19 Oktyabr 2020 İşğalçı Ermənistan, tarixi reallığı tanı!
18 Oktyabr 2020 Ermənistanın xüsusi təyinatlıları ordumuzun həmləsinə tab gətirməyərək qaçdı - VİDEO
18 Oktyabr 2020 Müdafiə Nazirliyi: Ermənistanın növbəti Su-25 təyyarəsi vuruldu
18 Oktyabr 2020 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir