b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_1385824.jpg

Azərbaycan Ordusunun açdığı cavab atəşi nəticəsində Ermənistanın Tavuş rayonunda iki polis əməkdaşı yaralanıb.

Missiya.Az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepnyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, polis əməkdaşları blindajın yaxınlığında olublar.

Xatırladaq ki, bu, Ermənistan rəsmilərinin itki və yaralılar barədə ilk açıqlamasıdır. Düşmən cəbhədə 30-dan çox itki verməsinə baxmayaraq, bunu etiraf etmir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir. (Report.az)



15 Avqust 2020 Prezidentin köməkçisi vətəndaşlara müraciət etdi
15 Avqust 2020 Operativ Qərargahın brifinqi - CANLI
14 Avqust 2020 Bəhram Bağırzadə xəstəxanada yatdığı dönəmdən danışdı: “Rəngli filmlər görürdüm”
14 Avqust 2020 Şahin Mustafayev Aİ-nin Azərbaycandakı nümayəndəsi ilə görüşüb
14 Avqust 2020 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib
14 Avqust 2020 Azərbaycanda “Wi-Fi” şəbəkələrində yaranan problemlərin səbəbi açıqlanıb
14 Avqust 2020 Oğlu həbs olunan bələdiyyə sədri istefa verdi
14 Avqust 2020 Nazir yeni tədris ili ilə bağlı hazırlanan təkliflərə münasibət bildirdi
13 Avqust 2020 XXI əsrin yeni müharibəsi: “Peyvənd davası” - VİDEO
13 Avqust 2020 Nazir şagirdlərlə onlayn görüşdü
13 Avqust 2020 Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa olundu
13 Avqust 2020 Yeyib-içmək məclisi təşkil etmək baha başa gəldi
13 Avqust 2020 Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb - FOTO
13 Avqust 2020 Türkiyənin Müdafiə naziri Hulusi Akar Bakıdadır - FOTO
12 Avqust 2020 Vilayət Eyvazov bu rayona yeni DYP rəisi təyin etdi
12 Avqust 2020 ABŞ-da 800 uşaq COVID-19 şübhəsi ilə karantinə alındı
12 Avqust 2020 Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır
12 Avqust 2020 18 yaşlı gənc Tibb Universitetindən imtina edib, arzularının dalınca getdi - VİDEO
12 Avqust 2020 Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı məlumat yaydı
11 Avqust 2020 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb - FOTO