b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_dfddgfgfgfh.JPG

Bura meyit kimi gətirmişdilər məni. Ancaq indi buranı sağalaraq tərk edirəm. Buna görə isə gecə-gündüz başımızda gözləyən həkimlərimizə təşəkkür edirəm. Bu sözləri bu gün koronavirus xəstəliyindən sağalaraq evə yola salınan xəstələrdən biri deyib.

Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına son vaxtlar daha cavan və başqa yan xəstəlikləri olmayanlar gətirilir. Aylardır ailələrini, övladlarını görə bilməyən həkimlər vətəndaşları onlara kömək üçün qaydalara riayət etməyə çağırırlar..

Koronavirusun necə böyük bir təhlükə olduğunu anlamaq üçün həmin xəstələrin müalicə olunduğu xəstəxanaya girmək kifayətdir. Orta və ağır koronavirus xəstələrinin müalicə aldığı Tibb universitetinin Tədris-Terapevtik Klinikasında bunlardan biridir.

Elə koridorda qoyulan xüsusi örtük və tehlükəsizlik tədbirlərindən artıq başa düşürsən ki, təhlükə atılan her addımda səninlədir.

Mart ayından bəri ailəsini, övladlarını görə bilməyən Günel həkim bildirir ki, gün keçdikcə xəstəliyin aqressiyası daha da çoxalır və artıq pasiyentlər arasında cavan adamların sayı sürətlə artır.

Həkim Konul İsmayılova deyir ki, 3 aydır ki, övladlarını, yaxınlarını görə bilmirlər. Buna görə insanlar həkimlərin səyləri boşa getməsinə deyə qoyulan qaydalara əməl etməlidirlər. Yoxsa say çoxalarsa xəstələrə qulluq edəcək həkim sayı da sonsuz deyil.

Həkim Şərəf Hüseynova isə xəstələrə qulluq edərkən xəstələnib və müalicə aldığı zamanda belə xəstələrini nəzarətsiz qoymayıb. Indi isə sağalaraq yenidən insanları həyata qaytarmaq üçün mübarizənin ön cərgəsində yer alıb.

Bir tərəfdən ağır xəstələrin mütəmadi olaraq gətirildiyi klinikadan sağalıb çıxanlar da var.

Klinikanın qəbul şöbəsinin rəhbəri Cavanşir Məhərrəmov bildirir ki, pozitiv diaqnozu ilə xəstəxanaya gələnlər çox zaman xəstəliyi qəbullanmaqda çətinlik çəkirlər.

Xəstəxanadakı çəkilişimiz 2 saat çəkdi. Ancaq tibbi personalın geyindiyi o geyimdə qalmaq o qədər dözülməz idi ki, hətta sırf bu geyimləri geyinməmək üçün belə hər gün 24 saat maska taxmağa yəqin hər kəs ürəkdən razı olar.



10 İyul 2020 DTX-dən Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurlarının saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA
10 İyul 2020 Azərbaycanda reanimatoloq koronavirusa yoluxdu - FOTO
10 İyul 2020 Bakıda karantin postları yenidən qurulub - AÇIQLAMA
09 İyul 2020 Niyə Gürcüstan koronadan qurtulur, bizsə yox?..
09 İyul 2020 Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü
09 İyul 2020 SMS-siz küçəyə çıxan 3 nəfər həbs olundu - RƏSMİ
09 İyul 2020 Mehriban Əliyeva koronavirusa yoluxmuş həkimin səhhətini nəzarətə götürdü
09 İyul 2020 Yüzlərlə nəqliyyat vasitəsi postlardan geri qaytarıldı - RƏSMİ
09 İyul 2020 Avtomobillə icazəsiz hərəkət edənlərin diqqətinə - Bu yolla cərimələnəcəksiniz - VİDEO
09 İyul 2020 Daha 6 rayon və 3 şəhər üzrə 190 manat VERİLƏCƏK
08 İyul 2020 Azərbaycanda iki ildir axtarışda olan şəxslər ələ keçdilər - FOTO
08 İyul 2020 Yasamalın icra başçısı növbəti reyd keçirdi - FOTOLAR
08 İyul 2020 Azərbaycanda koronavirusa yoluxmuş şəxs ət satışı məntəqəsində tutuldu
07 İyul 2020 Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxub, 453 nəfər sağalıb
07 İyul 2020 "Azərbaycan Bayrağı" ordenli polis koronavirusdan ölüb
07 İyul 2020 Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı
07 İyul 2020 Masallıda karantin qaydalarını pozan çay evi aşkarlandı
07 İyul 2020 Polis Bakı küçələrini nəzarətə götürüb - FOTO
07 İyul 2020 İcazələrin verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
07 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat