b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_sdfdfgfggfgfgffgd.jpg

“İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunub və onlara aprel ayı üzrə birdəfəlik ödəniş həyata keçirilib”.

Missiya.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə verdiyi müsahibədə bildirib.

Nazirin sözlərinə görə, aprel ayı üzrə ödənişlər bank və poçt filialları vasitəsilə vətəndaşlara ödənilib:

“May ayı üzrə ödənişlə bağlı vətəndaşlar üçün bank kartları artıq sifariş verilib. Onlara banklar tərəfindən kartlarını götürmələri üçün mesaj göndərilir və vətəndaşlarımız kartları əldə edərək, bankomatlardan may ayı üzrə vəsaitlərini ala biləcəklər.

Ümumilikdə 600 min şəxsə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, onun da artıq 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödəniş edilib”.

S.Babayev bildirib ki, məşğulluq imkanlarının artırılması üçün dövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılır:

“Artıq DOST İş Mərkəzi vasitəsilə əlavə 23 min şəxs bu işlərə cəlb edilib. Hazırda 61 min şəxs əmək müqaviləsi ilə ödənişli ictimai iş yerlərində çalışır.

Özünüməşğulluq proqramına gəldikdə, bu proqram çərçivəsində cari il minimum 12 min ailə üçün kiçik təsərrüfatların qurulması işləri aparılır.

Bu sahədə Dünya Bankı ilə birgə layihəyə də başlanır və həmin layihə üzrə hər il beş min ailənin özünüməşğulluğu təmin ediləcək. Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı ilə birgə işsiz və əlilliyi olan şəxslərin biznesə çıxışına da dəstək verilir”.



31 May 2020 Rayonlara getmək istəyənlərə MÜHÜM XƏBƏR
30 May 2020 Şəhərlərarası sərnişindaşıma ilə bağlı yeni qaydalar tətbiq ediləcək - VİDEO
29 May 2020 Bu şəxslər 200 manat cərimələnəcək - VİDEO
26 May 2020 Bakıda kimliyi bilinməyən şəxs mağazalara girib, borcları ödədi - VİDEO
25 May 2020 Koronavirusa görə karantinə alınan icra başçısı açıqlama verdi
22 May 2020 SON DƏQİQƏ! Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu
21 May 2020 SON DƏQİQƏ! Azərbaycanda daha bir qadağa ləğv edilir
21 May 2020 Bayram namazı ilə bağlı RƏSMİ AÇIQLAMA
20 May 2020 Sürücülük vəsiqələri ilə bağlı qərar dəyişdi - RƏSMİ
19 May 2020 Prezident: "Yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir"
15 May 2020 SMS icazə zamanı 3 saat bəs etmirsə... - Polkovnik ÇIXIŞ YOLUNU göstərdi
15 May 2020 Tutulan generala bu maddələrlə cinayət işi açıldı
15 May 2020 Bakı sakinlərinə XƏBƏRDARLIQ: Bu tarixdə küçəyə çıxmayın - FOTO
14 May 2020 Vilayət Eyvazov bu postun komandirini vəzifəsindən AZAD ETDİ
13 May 2020 Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı
13 May 2020 DTX-nin Dövlət Sərhəd Xidmətində keçirdiyi əməliyyatda üç rəis saxlanıldı - SON DƏQİQƏ
13 May 2020 İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM
13 May 2020 Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü - FOTO
12 May 2020 Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı öldü
10 May 2020 Prezident İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər