b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_2332224243.jpg
Hər dövrün olduğu kimi, COVID-19 günlərinin də öz qəhrəmanları var.

Missiya.Az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, onlardan biri İsrailin Netanya şəhərində yaşayan yəhudi əsilli həmyerlimiz Sara Mirzəyevadır.

“İsrael Hayom” qəzetinin yazdığına görə, şəhərin “Magen David Adom” təcili yardım xidmətində beş ildir çalışan Sara Mirzəyeva hər gün koronavirusa yoluxmuş xəstələrə yardım edir.

Həmyerlimizi COVID-19-la mübarizənin qəhrəmanı adlandıran qəzetin “Koronavirus qorxusunun öhdəsindən necə gəlirsiniz?” sualına cavabında S.Mirzəyeva deyib ki, tibb sahəsi həmişə təhlükə ilə üz-üzədir:

“Qorxu vəziyyətində insanın təbiəti ikiyə bölünür. Qorxu onu ya susdurur, ya da ona güc verir. Əvvəlcədən edə bilmədiyin hərəkətləri yerinə yetirmək üçün həmin qüvvə böyük impulsa çevrilir. Tibb aləmi həmişə təhlükə ilə üz-üzədir. Bu, əvvəlcədən bilmədiyin və nəzərə almadığın bir şey deyil”.

S.Mirzəyeva qeyd edib ki, ixtisasını seçəndə bütün çətinlikləri nəzərə alıb və xalqa xidmət borcunun öhdəsindən yetərincə, şərəflə gələcəyinə əmin olduqdan sonra qərarını verib:

“İşimin öhdəsindən lazımınca gəlmək üçün daim oxumalı, öyrənməli, araşdırmalı olduğumu da bilirəm. Bütün bunlar mənə güc verir. Həyat gözəldir! İnsanları sevərək, yardım edərək yaşamalıyıq”.



03 İyun 2020 Azərbaycanda təhlükəli vəziyyət: Pik hədd yaxınlaşır, reanimasiyalar dolub!
02 İyun 2020 “Qurban olum, maska taxın...” - Fərhad Bədəlbəyli
02 İyun 2020 Soydaşlarımız Ukraynada daha bir xeyriyyə aksiyası keçirib - FOTO
02 İyun 2020 XƏBƏRDARLIQ! Karantin qaydaları yenidən sərtləşdirilə bilər - VİDEO
02 İyun 2020 İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01 İyun 2020 Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO
31 May 2020 Rayonlara getmək istəyənlərə MÜHÜM XƏBƏR
30 May 2020 Şəhərlərarası sərnişindaşıma ilə bağlı yeni qaydalar tətbiq ediləcək - VİDEO
29 May 2020 Bu şəxslər 200 manat cərimələnəcək - VİDEO
26 May 2020 Bakıda kimliyi bilinməyən şəxs mağazalara girib, borcları ödədi - VİDEO
25 May 2020 Koronavirusa görə karantinə alınan icra başçısı açıqlama verdi
22 May 2020 SON DƏQİQƏ! Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu
21 May 2020 SON DƏQİQƏ! Azərbaycanda daha bir qadağa ləğv edilir
21 May 2020 Bayram namazı ilə bağlı RƏSMİ AÇIQLAMA
20 May 2020 Sürücülük vəsiqələri ilə bağlı qərar dəyişdi - RƏSMİ
19 May 2020 Prezident: "Yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir"
15 May 2020 SMS icazə zamanı 3 saat bəs etmirsə... - Polkovnik ÇIXIŞ YOLUNU göstərdi
15 May 2020 Tutulan generala bu maddələrlə cinayət işi açıldı
15 May 2020 Bakı sakinlərinə XƏBƏRDARLIQ: Bu tarixdə küçəyə çıxmayın - FOTO
14 May 2020 Vilayət Eyvazov bu postun komandirini vəzifəsindən AZAD ETDİ