b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1sederek.jpg
Koronavirusla bağlı paytaxtda fəaliyyət göstərən iri ticarət mərkəzləri (“Mall”lar) fəaliyyətini bir ay müddətinə dayandırır. “Sədərək” Ticarət Mərkəzinin İdarə Heyətində isə koronavirusla bağlı müşavirə keçirilib.

Missiya.Az xəbər verir ki, bu barədə Mərkəzin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov məlumat verib. Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar vətəndaşlara kömək məqsədilə mərkəzdə işləyən bütün sahibkarların yer pulundan azad olunması barədə qərar qəbul edilib:

“İdarə heyətinin sədri Yusif Qədimovun tapşırığı ilə martın 15-dən başlayaraq bütün sahibkarlar yerpulundan azad ediliblər. İdarə Heyətinin qərarına əsasən, “Sədərək” Ticarət Mərkəzində işləyən sahibkarlar istənilən vaxt mağazalarını bağlaya və məzuniyyət götürə bilərlər.

Ölkədə koronavirus təhlükəsi davam etdiyi müddətcə heç bir sahibkardan yer pulu alınmayacaq. Bazar fəaliyyətini davam etdirsə də, bu, dəyişməyəcək. Bundan başqa, “Sədərək” Ticarət Mərkəzi də mövcud vəziyyətlə mübarizə üçün yaradılmış Koronavirusla Mübarizə Fonduna ilkin olaraq 100 min manat yardım köçürüb”.

M. Qədimov onu da əlavə edib ki, mərkəz ərazisində də koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlər görülür, bazar ərazisi mütəmadi olaraq dezinfeksiya olunur.


06 Aprel 2020 Maskasız çölə çıxanlar CƏRİMƏLƏNMƏYƏCƏK - RƏSMİ
06 Aprel 2020 TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqlayıb
03 Aprel 2020 Bakı, Sumqayıt və Abşeronda koronavirusa yoluxanların sayı açıqlandı
03 Aprel 2020 Azərbaycanda yalnız bu şəxslər küçəyə sərbəst çıxa biləcək - SİYAHI
03 Aprel 2020 Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı artdı
03 Aprel 2020 Türk həkim: "Koronavirus peyvəndini sınaqdan uğurla keçirdik"
02 Aprel 2020 Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - RƏSMİ
02 Aprel 2020 İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO
01 Aprel 2020 Azərbaycanda bu xidmət pulsuz oldu
01 Aprel 2020 Azərbaycanda koronovirusa yoluxanların sayı sürətlə artdı - SON DƏQİQƏ
01 Aprel 2020 Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti artırılır
31 Mart 2020 Həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı - SƏRƏNCAM
31 Mart 2020 Türkiyədən koronavirusla bağlı ACI XƏBƏR - Ölənlərin sayı kəskin artdı
31 Mart 2020 Azərbaycanlı jurnalist və 15 yaşlı qızı koronavirusa yoluxdu
31 Mart 2020 Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı
31 Mart 2020 TƏCİLİ! Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı
31 Mart 2020 İsrail mediası həmyerlimizi günün qəhrəmanı adlandırdı
30 Mart 2020 Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
29 Mart 2020 Jurnalist Ekspert Mərkəzi "Evdə qal, cəmiyyəti qoru" kampaniyasına qoşulur
29 Mart 2020 Vergilərin ödənilməsi müddəti uzadıldı