b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_xz1.jpg

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov koronavirusla bağlı “ASAN Radio”ya müsahibə verib.

Missiya.az xəbər verir ki, koronavirusla əlaqədar şayiə yayanların barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi ilə bağlı “ASAN Radio”ya müsahibə verən Eldar Sultanov bildirib: “Müzakirəsinə qatıldığım məsələ miqyasına görə nəinki ölkə vətəndaşlarını bütövlükdə dünya ictimayyətinin maraq dairəsində olan narahatlıqdır. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aidiyyəti dövlət orqanları, o cümlədən TƏBİB, Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə qeyd edilən virusun yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və profilaktik tədbirlər barədə, eləcə də virusa yoluxmuş və karantinə alınmış şəxslərin sayı, onların müalicəsi və görülmüş digər tədbirlər barədə mütəmadi olaraq ictimayətə məlumat verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və ayrı-ayrı sosial şəbəkə istifadəçiləri tərəfindən Daxili İşlər Nazirliyi və Baş Prokrorluğun xəbərdarlıqlarından nəticə çıxarmayaraq, həqiqəti əks etdirməyən və cəmiyətdə süni ajiotaj yaratmağa hesablanmış şayiələr yayılır”.

Baş Prokurorluğun rəsmisi əlavə olaraq bildirib ki: “İctimaiyyətdə yalnış fikir formalaşdırması məqsədi güdən və qəsdən bu kateqoriyadan olan informasiyaların yayılmasını həyata keçirən KİV-lər, o cümlədən sosial şəbəkə istifadəçilərini bir daha xəbərdar edirik ki, gələcəkdə bu qəbildən olan qanunazidd hərəkətlərini davam etdirəcəkləri təqdirdə, barələrində cinayət məsuliyyəti də daxil olmaqla, ən ciddi qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”.

Yanlış fikrin formalaşmasına xidmət edən məlumatları yayan şəxslərin cəzalandırılması ilə bağlı məlumat verən Eldar Sultanov əlavə edib: “Bəzi KİV-lər və sosial şəbəkələrdə cəmiyyətdə süni ajotaj yaradılmasına maraqlı olan şəxslər tərəfindən bir neçə gün əvvəl guya koronavirusa yoluxmuş şəxsin xəstəxanada vəfat etməsi ilə bağlı bir səsyazısı yayılmışdır. İctimaiyyətdə yanlış fikrin formalaşmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən dərhal təkzib olunmuşdur. Eyni zamanda aparılmış araşdırmalarla həmin şəxsin xəstəxanada ağciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi müəyyən olunmuş və bu barədə ictimaiyyətə məlumat verilməklə həmin məlumatı yayan KİV-lərə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq rəsmi xəbərdarlıq edilib. Fürsətdən istifadə edərək sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu olaraq vətəndaşlarımızı belə yalan məlumatlara inanmamağa, yalnız səlahiyyətli dövlət orqanlarının rəsmi məlumatlarını nəzərə almağa çağırıram”.



01 Aprel 2020 Azərbaycanda bu xidmət pulsuz oldu
01 Aprel 2020 Azərbaycanda koronovirusa yoluxanların sayı sürətlə artdı - SON DƏQİQƏ
01 Aprel 2020 Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti artırılır
31 Mart 2020 Həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı - SƏRƏNCAM
31 Mart 2020 Türkiyədən koronavirusla bağlı ACI XƏBƏR - Ölənlərin sayı kəskin artdı
31 Mart 2020 Azərbaycanlı jurnalist və 15 yaşlı qızı koronavirusa yoluxdu
31 Mart 2020 Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı
31 Mart 2020 TƏCİLİ! Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı
31 Mart 2020 İsrail mediası həmyerlimizi günün qəhrəmanı adlandırdı
30 Mart 2020 Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
29 Mart 2020 Jurnalist Ekspert Mərkəzi "Evdə qal, cəmiyyəti qoru" kampaniyasına qoşulur
29 Mart 2020 Vergilərin ödənilməsi müddəti uzadıldı
28 Mart 2020 İlham Əliyev və xanımı xəstəxana açılışında - FOTOLAR
28 Mart 2020 Azərbaycanın daha bir rayonuna giriş-çıxış məhdudlaşdırıldı RƏSMİ
28 Mart 2020 ABŞ COVID-19-a görə Azərbaycana pul ayırdı
28 Mart 2020 Bakıda pnevmoniyadan ölən altı yaşlı uşaqla bağlı RƏSMİ AÇIQLAMA
27 Mart 2020 Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ
27 Mart 2020 Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu - RƏSMİ + VİDEO
27 Mart 2020 Bu məhsullar əlavə dəyər vergisindən azad edildi - FƏRMAN
27 Mart 2020 Deputatlar bir-birindən 2 metr aralı oturacaq - Parlamentdə COVID-19 TƏDBİRİ