b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1308355sssa.jpg

Yasamal Rayon Məhkəməsində "Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov və "Azad Azərbaycan" telekanalının "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyevə qarşı xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclası keçirlib.

Missiya.Az xəbər verir ki, Müşfiq Abbasov "report"a bildirib ki, şikayətçi Mehriban Həsənova onun və Z.Baxşəliyevin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib:

"Hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən iclasda şikayət əsassız olması səbəbilə icraata qəbul etməkdən imtina edildi".

Qeyd edək ki, şikayətə Müşfiq Abbasovun evin əlindən alınması ilə bağlı sosial şəbəkədə və Zaur Baxşəliyevin aparıcı olduğu "Bizimləsən" verilişində açıqlama verməsi səbəb olub.

Müşfiq Abbasov bildirib ki, M.Həsənovanın həyat yoldaşı Taleh Həsənov 2006-cı ildə öz baldızı qızı, fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Gülrux Həsənovanın adına “Təməl-N” MTK-dan ev alıb:

“Hadisədən 3 il sonra Taleh Həsənov dünyasını dəyişib. Taleh Həsənov özü o evə gəlib-getsə də, onun həyat yoldaşı Mehriban Həsənova heç vaxt orada olmayıb, yaşamayıb və onun adına da heç vaxt heç bir sənəd olmayıb. Lakin Mehriban Həsənova ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib”.

M.Abbasov qeyd edib ki, 2013-cü ildə G.Həsənovadan həmin evi 145 min dollara alıb:

“Evin də "kupçası" saxta imiş və saxta çıxarışa əsasən də mənə çıxarış verilib. Hətta, bu, belə olduğu halda mənim nə günahım var? Axı bu alqı-satqını 5 saylı dövlət notariusu təsdiqləyib və sonra Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ona əsasən mənə çıxarış verib”.

Xatırladaq ki, M.Həsənova G.Həsənovanı, ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsini və üçüncü şəxs qismində isə “Təməl-N” MTK-nı məhkəməyə verərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mülkiyyət hüquqlarının bərpa edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə tələb irəli sürüb.

Bu işlə bağlı proses yuxarı məhkəmə instansiyalarında davam edir.



07 Avqust 2020 SOCAR-dan Hacıqabulda qaz xəttində baş verən yanğınla bağlı AÇIQLAMA
07 Avqust 2020 SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə etdi
07 Avqust 2020 Dövlət şirkətləri ilə bağlı islahatlara başlanıldı - Fərman
07 Avqust 2020 Avqust ayı üzrə 190 manatın necə veriləcəyi bilindi - RƏSMİ
07 Avqust 2020 Polis xüsusi karantin rejiminə əməl etməyənlərə qarşı reyd keçirdi
07 Avqust 2020 Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama
07 Avqust 2020 Azərbaycanda koronavirusa yoluxmanın ən çox və ən az olduğu yerlər - SİYAHI
06 Avqust 2020 “AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, bəs gəliri hardadır?” - Video
06 Avqust 2020 Azərbaycanda karantin rejiminin yenidən yumşaldılmasına hazırlıq görülür - Baş nazir
06 Avqust 2020 Rayonlara gediş-gəlişin açılması TƏKLİF OLUNDU - VİDEO
06 Avqust 2020 Bakı-Sumqayıt qatarı 3 aylıq bağlanır
06 Avqust 2020 Türkiyədə dollar kəskin bahalaşdı
06 Avqust 2020 Məktəblər açılsa, bu şərtlərə əməl edilməlidir
06 Avqust 2020 Polad Həşimovun adı verilən küçə ilə bağlı - Rəsmi açıqlama
06 Avqust 2020 Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər-RƏSMİ
06 Avqust 2020 Beyrutdakı partlayış ölkəyə milyardlarla dollar ziyan vurub
05 Avqust 2020 Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı - FOTO
05 Avqust 2020 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
05 Avqust 2020 FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi
05 Avqust 2020 Beyrutdakı partlayış zamanı ayin icra edən kahin belə qaçdı - VİDEO