b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1573018802_untitled-1.jpg
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul etdiyi zaman verdiyi tapşırıqların icrası, Bakı şəhərində görülən abadlıq-quruculuq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

BŞİH-in Mətbuat Xidmətindən Missiya.Az-a verilən məlumata görə, müşavirədə paytaxt rayonlarının icra hakimiyyətlərinin başçıları, şəhərin təsərrüfat xidmətlərinin rəhbərləri iştirak ediblər.

Toplantıda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının qəbulunda olduğu zaman Prezident tərəfindən verilən tapşırıqlar, qeyd edilmiş nöqsanlar, görüləcək işlər və qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Toplantıda bəzi icra hakimiyyəti başçıları ciddi tənqid edilib.

Eldar Əzizov bildirib ki, “...şəhər icra hakimiyyəti və rayon icra hakimiyyəti başçıları Prezidentin tutduğu iradlardan nəticə çıxarmalı, işimizi bu böyük insanın tələblərinə uyğun qurmalıyıq. Bu gün ölkədə sistemli dəyişikliklər, inqilabi islahatlar aparılır və buna uyğun olaraq iş, forma və metodları dəyişməlidir. Tənqid və özünə tənqid normaya çevrilməlidir”.

Eldar Əzizov icra başçılarına müraciət edərək, hər bir sakinin problemini öz problemimiz kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.

Müşavirədə qanunsuz tikintilərlə bağlı ölkə başçısının iradları çatdırılıb, yaradılmış park və məhəllələrin lazımi səviyyədə qorunması ilə bağlı tapşırıqlar verilib. Xüsusi olaraq vurğulanıb ki, daxil olan məlumatlara görə RİH-də və digər qurumlarda vətəndaşların müraciətlərinə bəzi hallarda lazımi diqqət göstərilmir, süründürməçilik hallarına yol verilir.

Toplantıda rüşvətxorluq və digər neqativ halların aradan qaldırılması, yerlərdə vətəndaşlarla mütəmadi görüşlərin keçiririlməsi və onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlar verilib və qaldırılan məsələlərlə bağlı tədbirlər planının hazırlanması qərara alınıb.

Tədbirdə bir neçə rayon icra hakimiyyətinin başçısı çıxış edərək ölkə başçısının haqlı iradlarından nəticə çıxaracaqlarını və qısa müddətdə lazımi tədbirlərin görəcəklərini bildiriblər.
26 Fevral 2020 Xocalıda 8 gün əsirlikdə qalan qadın: Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü
25 Fevral 2020 İranda səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
25 Fevral 2020 Azərbaycanda polisi təhqir etdiklərinə görə küçə süpürdülər- VİDEO
25 Fevral 2020 İranda koronavirus can almağa davam edir
25 Fevral 2020 Övladı orta məktəbdə oxuyanlar mütləq oxusun! Nazir koronavirusa görə tapşırıq verdi
24 Fevral 2020 Azərbaycan-İran sərhədində son vəziyyət - RƏSMİ
24 Fevral 2020 Azərbaycan-Ermənistan sərhədində təxribat nəticəsində bir hərbçimiz şəhid olub
24 Fevral 2020 SON DƏQİQƏ - Abşeronda güclü yanğın başlayıb
21 Fevral 2020 DTX icra başçısını rüşvət alarkən belə həbs etdi - ƏMƏLİYYATIN VİDEOSU
21 Fevral 2020 Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq
21 Fevral 2020 İrandan Azərbaycana koronavirus keçə bilərmi? Rəsmi açıqlama
21 Fevral 2020 DTX-dən əməliyyat: Azərbaycanda daha bir vəzifəli şəxs tutuldu - FOTO
20 Fevral 2020 MSK nəticəsi ləğv edilən dairələrlə bağlı görəcəyi tədbirləri açıqladı
20 Fevral 2020 Azərbaycanda təhlükəli virusun yayıldığı kənddən görüntülər - VİDEO
19 Fevral 2020 Əhali ən çox bu rayonların polisindən narazıdır - SİYAHI
19 Fevral 2020 Prezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHI
19 Fevral 2020 Gəncədə baş vermiş dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO
18 Fevral 2020 Onlar təkrar seçkidə eyni dairəni seçə bilməz?
18 Fevral 2020 Tovuzda bəy öz toyunda uşaqlıq arzusunu reallaşdırdı - VİDEO
17 Fevral 2020 MSK-nın iclası keçirilir - Bu dairə ilə bağlı qərar verildi