b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1568888582_1554998572_17030926-5870-449b-a93d-3c23e2305931f.jpg
Bu gün Bakı Hərbi Məhkəməsində "Quska” ləqəbli iş adamı Hüseyn Abdullayevin məhkəməsi keçirilib.

Missiya.Az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib. Prokurorun çıxışı zamanı "Quska” yerindən replika ataraq etirazını bildirib. İttihamçı çıxışında dələduzluq ittihamı üzrə dəyən ziyanın ödənildiyini, Hüseyn Abdullayevin ittiham olunduğu maddələr üzrə sanksiyanın aşağı həddindən də aşağı cəza verilməsinin mümkün olduğunu qeyd edib.

Yekun olaraq, Hüseyn Abdullayevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu zaman H.Abdullayev "yalandır, böhtandır, absurddur, bir sübut dəlil yoxdur” deyərək yüksək səslə prokurora etiraz edib. Onun sakitləşməməsi məhkəmə prosesini pozub, buna görə hakimin göstərişi ilə H. Abdullayev zaldan çıxarılıb. Prosesin davamı "Quska” olmadan keçirilib.

Bunun ardınca isə anası Zeynəb Abdullayevanın da halı pisləşib. Qohumlarının köməkliyi ilə Z.Abdullayeva da məhkəmə zalından çıxarılıb. Bu zaman məhkəməyə təcili tibbi yardım çağırılıb, həkimlərin müdaxiləsindən sonra Z. Abdullayeva zala qaytarılıb. Təxminən 15 dəqiqəlik fasilədən sonra hərbi prokuror çıxışına davam edib.

Prokuror Zeynəb Abdullayevaya ittiham olunduğu maddələr üzrə sanksiyanın aşağı həddindən də aşağı cəza verilməsinin məqsədəmüvafiq olduğunu bildirib. Bu əsasla Z.Abdullayevanın sadəcə 5 min manat cərimə olunmasını istəyib. Digər təqsirləndirilənlər - Namiq Babayevin 8 il, İntiqam Süleymanov və Nazim Əliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları olan Zaur Quliyev, Pərviz Kazımov, İbrahim Həbibov, Xalid Əliyevə isə şərti cəza verilməsi istəyib. Mülki iddiaların təmin olunmasını, dəyən zərərin ödənilməsi üçün H. Abdullayevin əmlaklarının müsadirə olunmasını təklif edib.

Müdafiə tərəfi çıxış üçün vaxt istəyib, proses sentyabr 24-də davam etdiriləcək.
22 Oktyabr 2019 Saxta fotolar və müxalifətin növbəti ifşası - Təxribat davam edir
22 Oktyabr 2019 Elçin Əlibəyli döyüldüyünə görə Vilayət Eyvazova müraciət etdi - FOTO
21 Oktyabr 2019 Prezident yaşı 70-i keçənləri istefa ərizəsi yazmağa çağırdı
21 Oktyabr 2019 Vəzifəsində azad olunan Əli Həsənov Prezidentin qəbulunda olub
21 Oktyabr 2019 Azər Axşamın həyat yoldaşı canlı yayıma çıxdı: Mübarizlə bağlı danışdı - VİDEO
21 Oktyabr 2019 Türkiyə ordusundan daha bir uğur - Şəhər tam nəzarətə aldı
19 Oktyabr 2019 Etibar Məmmədovun partiyası Milli Şuranın mitinqini pislədi: - "AMİP dəstək vermir"
19 Oktyabr 2019 Mətbuat Şurası mitinqlə bağlı jurnalistlərə müraciət etdi
18 Oktyabr 2019 İmamoğlu Azərbaycan xalqını təbrik etdi
17 Oktyabr 2019 Prezident İlham Əliyev Saleh Məmmədovu qəbul edib - FOTO
17 Oktyabr 2019 Bakı polisi Tofiq Yaqubluya xəbərdarlıq etdi: Mitinqlə bağlı
17 Oktyabr 2019 Dövlət maşınları satışa çıxarıldı - "Nissan" 3500, "Tofaş" 1800 AZN - SİYAHI
16 Oktyabr 2019 Fədayə Laçınla bir yerdə həbs edilən polkovnik azadlığa çıxdı - 9 il həbsə məhkum edilmişdi...
16 Oktyabr 2019 Suriya ordusunun açdığı atəş nəticəsində iki türk əsgəri şəhid olub
16 Oktyabr 2019 Fuad Qəhrəmanlıya cinayət işi açıldı - Qızlarını və xanımını döydüyünə görə
16 Oktyabr 2019 Vilayət Eyvazova ağır itki üz verdi
14 Oktyabr 2019 Əli Həsənov: "Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir"
14 Oktyabr 2019 Akademik Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq
14 Oktyabr 2019 Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib
14 Oktyabr 2019 Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü