b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_19_04_10_1554882958.jpg
İntihar edən məktəbli Elina Hacıyevanın ölümündə təqsirli bilinən 162 saylı məktəbin sabiq direktoru Sevinc Abbasovanın bacısı Natəvan Quliyev mediaya açıqlama verib.

O qeyd edib ki, istintaq sirrinin yayılmaması barədə sənədə imza atdığı üçün bacısı proseslər barədə ictimaiyyətə geniş məlumat verilməyib. Lakin artıq istintaq başa çatdığından indi mediaya açıqlama vermək qərarına gəlinib. O, məhkəmənin sentyabrın 12-də keçirilən tanışlıq iclasında şəxsən iştirak etdiyini diqqətə çatdıraraq, medianın prosesi izləməsinə şərait yaradılmamasından təəssüfləndiyini vurğulayıb.

Missiya.Az xəbər verir ki, direktorun bacısı ictimailəşmiş bir məsələ barədə qapalı Məhkəmə iclasının keçirilməsinə tərəfdar olmadıqlarını bəyan edib.

Onun sözlərinə görə, təqsirli bilinənlərin narazılığına baxmayaraq, Məhkəmənin gedişində 125-ci maddəyə (ölüm həddinə çatdırılma) xitam verilib. "Halbuki, Elinanı özünü öldürmə həddinə çatdırdığına görə şübhəli sayılacaq şəxslər var".

Direktorun bacısı istintaq materiallarına istinad edərək deyib ki, bu şəxslərdən biri 1974 təvəllüdlü, 3 uşaq atası, həyat yoldaşından boşanmış, Salyan rayon sakini Qurbanov Vüqar Qəhrəman oğludur. "Həmin şəxs tərəfindən aprelin 3-də Elinanın mobil telefonuna 8 dəfə zəng vurulub, 17 mesaj göndərilib. Həmin mesaj mətnlərindən görünür ki, adıçəkilən şəxs əvvəlcə Elinayla çox mehriban rəftar edir, daha sonra evlərinin qarşısına gələrək sms-lə ona hədə-qorxu gəlir, aşağı düşüb onunla görüşməsini tələb edir. V.Qurbanov daha sonra Elinaya mesajla yazıb ki, əgər aşağı düşüb görüşməsə sabah onu bütün məktəbdə biabır edəcək və sair. Bu yolla yeniyetmə qızı hədələyir. Aprelin 4-də səhər saat 08:00-08:45 radələrində Elinanın mobil telefonuna daha 3 mesaj göndərən V.Qurbanov onu müxtəlif vasitələrlə təhdid edib, hətta evlərinə, məktəbə gəldiyini, sinifdən çıxarıb biabır edəcəyini bildirib. Ağır psixoloji sarsıntı keçirən Elina bütün bu hədə-qorxuların təsiri altında intihar edib".

Direktorun bacısı iddia edib ki, bütün bu deyilənlər istintaq materiallarında əks olunsa da həmin şəxs izahatını verdikdən sonra yoxa çıxıb, məhkəmə prosesinə cəlb olunmayıb.

Missiya.Az
22 Oktyabr 2019 Saxta fotolar və müxalifətin növbəti ifşası - Təxribat davam edir
22 Oktyabr 2019 Elçin Əlibəyli döyüldüyünə görə Vilayət Eyvazova müraciət etdi - FOTO
21 Oktyabr 2019 Prezident yaşı 70-i keçənləri istefa ərizəsi yazmağa çağırdı
21 Oktyabr 2019 Vəzifəsində azad olunan Əli Həsənov Prezidentin qəbulunda olub
21 Oktyabr 2019 Azər Axşamın həyat yoldaşı canlı yayıma çıxdı: Mübarizlə bağlı danışdı - VİDEO
21 Oktyabr 2019 Türkiyə ordusundan daha bir uğur - Şəhər tam nəzarətə aldı
19 Oktyabr 2019 Etibar Məmmədovun partiyası Milli Şuranın mitinqini pislədi: - "AMİP dəstək vermir"
19 Oktyabr 2019 Mətbuat Şurası mitinqlə bağlı jurnalistlərə müraciət etdi
18 Oktyabr 2019 İmamoğlu Azərbaycan xalqını təbrik etdi
17 Oktyabr 2019 Prezident İlham Əliyev Saleh Məmmədovu qəbul edib - FOTO
17 Oktyabr 2019 Bakı polisi Tofiq Yaqubluya xəbərdarlıq etdi: Mitinqlə bağlı
17 Oktyabr 2019 Dövlət maşınları satışa çıxarıldı - "Nissan" 3500, "Tofaş" 1800 AZN - SİYAHI
16 Oktyabr 2019 Fədayə Laçınla bir yerdə həbs edilən polkovnik azadlığa çıxdı - 9 il həbsə məhkum edilmişdi...
16 Oktyabr 2019 Suriya ordusunun açdığı atəş nəticəsində iki türk əsgəri şəhid olub
16 Oktyabr 2019 Fuad Qəhrəmanlıya cinayət işi açıldı - Qızlarını və xanımını döydüyünə görə
16 Oktyabr 2019 Vilayət Eyvazova ağır itki üz verdi
14 Oktyabr 2019 Əli Həsənov: "Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir"
14 Oktyabr 2019 Akademik Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq
14 Oktyabr 2019 Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib
14 Oktyabr 2019 Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü