b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_xocali_soy_qirimi.png

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib.

Missiya.Az xəbər verir ki, tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq.

Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.

22 Oktyabr 2019 Saxta fotolar və müxalifətin növbəti ifşası - Təxribat davam edir
22 Oktyabr 2019 Elçin Əlibəyli döyüldüyünə görə Vilayət Eyvazova müraciət etdi - FOTO
21 Oktyabr 2019 Prezident yaşı 70-i keçənləri istefa ərizəsi yazmağa çağırdı
21 Oktyabr 2019 Vəzifəsində azad olunan Əli Həsənov Prezidentin qəbulunda olub
21 Oktyabr 2019 Azər Axşamın həyat yoldaşı canlı yayıma çıxdı: Mübarizlə bağlı danışdı - VİDEO
21 Oktyabr 2019 Türkiyə ordusundan daha bir uğur - Şəhər tam nəzarətə aldı
19 Oktyabr 2019 Etibar Məmmədovun partiyası Milli Şuranın mitinqini pislədi: - "AMİP dəstək vermir"
19 Oktyabr 2019 Mətbuat Şurası mitinqlə bağlı jurnalistlərə müraciət etdi
18 Oktyabr 2019 İmamoğlu Azərbaycan xalqını təbrik etdi
17 Oktyabr 2019 Prezident İlham Əliyev Saleh Məmmədovu qəbul edib - FOTO
17 Oktyabr 2019 Bakı polisi Tofiq Yaqubluya xəbərdarlıq etdi: Mitinqlə bağlı
17 Oktyabr 2019 Dövlət maşınları satışa çıxarıldı - "Nissan" 3500, "Tofaş" 1800 AZN - SİYAHI
16 Oktyabr 2019 Fədayə Laçınla bir yerdə həbs edilən polkovnik azadlığa çıxdı - 9 il həbsə məhkum edilmişdi...
16 Oktyabr 2019 Suriya ordusunun açdığı atəş nəticəsində iki türk əsgəri şəhid olub
16 Oktyabr 2019 Fuad Qəhrəmanlıya cinayət işi açıldı - Qızlarını və xanımını döydüyünə görə
16 Oktyabr 2019 Vilayət Eyvazova ağır itki üz verdi
14 Oktyabr 2019 Əli Həsənov: "Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir"
14 Oktyabr 2019 Akademik Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq
14 Oktyabr 2019 Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib
14 Oktyabr 2019 Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü