b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_asdasdasdaaq.jpg

Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 19-da imzaladığı qərara əsasən, bu gündən Azərbaycanda açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olub.

Missiya.Az xəbər verir ki, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Bu tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Beləliklə, 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunub. Bununla da, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.

Qeyd olunub ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Belə ki, Azərbaycanda noyabrın 21-dən açıq havada maskadan istifadə etməyənlər cərimə olunacaqlar.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.


04 Dekabr 2020 Səfir: “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır”
03 Dekabr 2020 Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım etdi
03 Dekabr 2020 Parlament sədri: Şimali Kipr xalqı hər zaman Azərbaycanın yanındadır
03 Dekabr 2020 Dünyada COVİD-19-a yoluxanların sayı durmadan artır STATİSTİKA
03 Dekabr 2020 "Yaralı əsgərimizi görəndə şok yaşadıq" - Həkim Məhəmməd Davudov - Müsahibə
02 Dekabr 2020 Ermənilər Paşinyanı istefaya göndərmək üçün bu yola əl atdılar
02 Dekabr 2020 Dünyada “COVID-19”a yoluxanların sayı 64 milyonu ötdü
01 Dekabr 2020 İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA
01 Dekabr 2020 Qələbə paradının vaxtı və yeri açıqlandı
30 Noyabr 2020 Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
29 Noyabr 2020 İşğaldan azad olunmuş Kəlbəcərin kəndlərinin görüntüləri - VİDEO
28 Noyabr 2020 Füzulidə minaya düşən maşından geriyə qalan mənzərə - Foto
28 Noyabr 2020 “Qarabağa gedib Azərbaycana qarşı döyüşdük” - PKK-dan etiraf
28 Noyabr 2020 FRANCE-24 Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar
28 Noyabr 2020 DİN-dən işğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq
28 Noyabr 2020 “Qarabağ”ın futbolçuları Ağdamda - Fotolar
28 Noyabr 2020 Azərbaycanda daha 4 212 nəfər koronavirusa yoluxub
27 Noyabr 2020 Ramin Əhmədovun erməni vandallığından bəhs edən məqaləsi ərəb mətbuatında
27 Noyabr 2020 Bakı polisinə yeni rəis təyin edildi
27 Noyabr 2020 Sabah hava yağışlı olacaq