b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_ANAR_EYVAZOV_21.jpg

“Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi, humanitar atəşkəs qətiyyən sülh demək deyil”.

Missiya.Az xəbər verir ki, APA-nin məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A.Eyvazov deyib ki, Ali Baş Komandanın göstərişinə əsasən, Azərbaycan ordusu hazırda əməliyyat ərazisində humanitar atəşkəs rejimini tam təmin etməklə, ərazidə olan cəsədlərin toplanması, eyni zamanda tərəflərdə olan əsirlərin dəyişdirilməsi üçün lazımi şəraiti yaratmaqdadır:

“Lakin təəssüf ki, Ermənistan tərəfi humanitar atəşkəs rejiminə məhəl qoymadan dəfələrlə işğaldan azad edilmiş əraziləri, o cümlədən Cəbrayıl şəhərini artilleriya atəşinə məruz qoyur. O cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqdadır.

Bundan başqa, Ermənistan ordusu humanitar atəşkəs rejiminin yenidən elan olunduğu dövrdən bəri Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçməyə cəhd göstərib. Bütün hallarda ordumuzun bölmələri tərəfindən Ermənistan Ordusunun bölmələri qətiyyətli şəkildə dəf edilib və düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Düşmənə xəbərdarlıq edirik ki, Ermənistan ordusu humanitar atəşkəs rejiminə məhəl qoymadan yenə əməliyyat bölgəsində gərginlik yaratmağa davam edərsə, Ordumuz tərəfindən daha kəskin şəkildə adekvat tədbirlər görüləcək”.


22 Oktyabr 2020 İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində QHT-lərlə görüş keçirildi
21 Oktyabr 2020 Ermənilərin atdığı mərmilər Ağdamda yanğın törətdi - VİDEO
21 Oktyabr 2020 Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
20 Oktyabr 2020 Semyon Peqov Azərbaycan ordusunun irəlilədiyini eşidib Qarabağdan qaçdı
19 Oktyabr 2020 Şahdağ parkında yanğın başlayıb
19 Oktyabr 2020 Ermənistan hərbi cinayət törədir
18 Oktyabr 2020 Ermənistana məxsus daha bir PUA məhv edilib
18 Oktyabr 2020 Ordumuz ermənilərə məxsus hərbi hissə ələ keçirib - VİDEO
17 Oktyabr 2020 Düşmənin “S-125” zenit raket kompleksi sıradan çıxarıldı – RƏSMİ
17 Oktyabr 2020 Xocalı soyqırımının iştirakçısı olan polkovnik məhv edildi
17 Oktyabr 2020 Prezident: “Günahsız insanların, şəhidlərin qisasını döyüş meydanında alacağıq”
16 Oktyabr 2020 Düşmənin Gəncəyə raket hücumu zamanı 20-dən çox ev dağılıb - FOTO
16 Oktyabr 2020 Dağıntılar altından iki ağır yaralı çıxarıldı - Evlər dağılıb
16 Oktyabr 2020 Ermənistan silahlı birləşmələri İran ərazisinə raketlər atır - RƏSMİ
16 Oktyabr 2020 İlham Əliyev: “Ermənistan ordusunun iki milyard dollarlıq silahını məhv etmişik”
16 Oktyabr 2020 Abşeronda COVİD-19 əleyhinə təbliğat işləri davam etdirilir
16 Oktyabr 2020 Koronavirusa yoluxan şagirdlərin sayı artdı
16 Oktyabr 2020 Erməni polkovnik ağır yaralandı, oğlu isə məhv edildi
15 Oktyabr 2020 Baş Prokurorluq saxta videolarla bağlı araşdırmalara başladı
15 Oktyabr 2020 Azərbaycanın öz torpaqları uğrunda mübarizəsi dünya mediasında - VİDEO