b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_KORRUPSIYA-MUBARIZA_KOMISSIYASI-MALUMAT.jpg Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlara, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq, 2020-ci ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib.

Missiya.Az xəbər verir ki, sentyabrın 15-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclası videoformatda keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib. Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsini korrupsiyaya qarşı qətiyyətli mübarizə təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib, uğurlu iqtisadi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda şəffaf ictimai münasibətlər sistemi formalaşıb. Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir. Komissiya sədri vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların səbəblərinin müəyyən edilməsinə və bu kimi mənfi halların qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılmasına yönəldilməlidir. İclasda korrupsiyaya qarşı mübarizə sahəsində bu günədək görülən işlər nəzərdən keçirilib və növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin vahid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə gerçəkləşdirilən islahatlar kursuna cavab verməsini təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olunub, Milli Fəaliyyət Planının layihəsinin hazırlanması barədə tapşırıqlar verilib. İclasda yerli icra hakimiyyəti orqanlarında korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərlə bağlı aparılan ibtidai istintaq və əməliyyat-axtarış tədbirləri barədə məruzələr dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib. Bundan əlavə, iclasda Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı bir sıra məsələlər həll edilib, yeni katib təyin olunub, Komissiya yanında 3 işçi qrupun (Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı İşçi Qrup, Təhsil və maarifləndirmə ilə bağlı İşçi Qrup, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı İşçi Qrup) formalaşdırılması qərara alınıb. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib, bu əməkdaşlığın əhəmiyyəti nəzərə alınmaqla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində keçirilən tədbirlərdə, habelə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətlərinin tərkibi təsdiq edilib. İclasda çıxış edən Komissiya üzvləri qanunun aliliyinin və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması məqsədilə açıqlıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Vətəndaşlara dövlət xidmətlərinin korrupsiya hallarını istisna edən şəraitdə, operativ və resurslara qənaət etməklə göstərilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə və innovativ həllərin tətbiqinin genişləndirilməsi zərurəti qeyd edilib. İctimai nəzarətin təmin edilməsi məqsədilə mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi və ictimai əhəmiyyətli qərarların qəbulunda onların rolunun artırılması məsələsinə baxılıb. Qanunvericiliyin təkmilləşdirilməsi üçün zəruri olan istiqamətlər qeyd edilib, habelə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Komissiyanın növbəti dövr üçün iş planı təsdiq edilib.


22 Sentyabr 2020 DİN ​​​​​​​"Pikap"ların saxlanılmasının səbəbini açıqladı
19 Sentyabr 2020 Baş redaktor: “Gənclərimiz aktiv olmalıdır”
19 Sentyabr 2020 DTX qalmaqallı "rus siyahısı" barədə açıqlama yaydı - Təxribatdır
18 Sentyabr 2020 Ceyhun Bayramov BQXK qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsini qaldırıb
17 Sentyabr 2020 Şamaxıda kişi keçmiş arvadını mağazada bıçaqladı
15 Sentyabr 2020 Baş prokuror və deputat nümayəndə heyətlərinin rəhbərləri oldular
15 Sentyabr 2020 Azərbaycan və Türkiyə HHQ aviasiya vasitələri Naxçıvan şəhəri üzərində birgə uçuşlar edib
14 Sentyabr 2020 Təşkilat sədri Namiq Muradov: “İnformasiya müharibəsi günümüzün ən güclü silahlarından biridir"
14 Sentyabr 2020 “Qarabağa köçürülən ermənilər Azərbaycana, Türkə “nifrət məktəbi” keçiblər”- Aqil Məmmədov
11 Sentyabr 2020 Tanınmış teleaparıcı ARB TV-də veriliş aparacaq - FOTO
09 Sentyabr 2020 Qərbi Azərbaycan İcmasının Gənclər Təşkilatı informasiya müharibəsində mövzusunda konfrans keçirdi
09 Sentyabr 2020 Kəlbəcərin təbii sərvətlərinin talan edilməsi ilə bağlı AÇIQLAMA
09 Sentyabr 2020 Karantində qanunsuz arayış verən vəzifəli şəxsin məhkəməsi başlayır
08 Sentyabr 2020 Azərbaycanda tanınmış gitaraçı oğlu tərəfindən qətlə yetirilib
07 Sentyabr 2020 Şagirdlər məktəbə neçə gün gedəcək? - RƏSMİ QAYDADA AÇIQLANDI
07 Sentyabr 2020 Azərbaycanda ali təhsillə bağlı yeni qanun layihəsi hazırlanacaq
04 Sentyabr 2020 Azərbaycanda dəmir yollarında gediş haqları təmassız olacaq
03 Sentyabr 2020 Qərbi Azərbacan İcmasının Gənclər Birliyi ilk görüşünü keçirdi
03 Sentyabr 2020 ÜST koronavirusun ağır formasının müalicəsi üçün preparatın adını açıqladı
02 Sentyabr 2020 Millət vəkili kəlbəcərli gənclərlə onlayn görüş keçirdi - FOTO