b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_lolasaq.jpg
Amia.az saytının baş redaktoru Nicat Ocaqlı aktualtv.az-a açıqlamasında bildirib ki, artıq uzun illərdir, işğal altında olan torpaqlarımızın taleyini məhz biz gənclər həll edib gələcək nəsillərə saxlamamalıyıq. Nikol Paşinyan kimi şərəfsizin Azərbaycanın hava təhlükəsizliyini də pozaraq Qarabağa gəlib orada müəyyən qıcıqlandırıcı tədbirlər keçirməsinə beynəlxalq qurumların göz yummasına ciddi narahat olan Nicat Ocaqlı qeyd edib ki, bütün beynəlxalq sənədlərdə Qarabağın, Kəlbəcərin və digər ətraf rayonların məhz Azərbaycana məxsus olduğu göstərilsə də, qəbul edilən beynəlxalq qətnamələrə əməl edilməməsi erməniləri daha da quduzlaşdırır, dünya ictimaiyyəti də kağız üzərində qalan və həyata keçməyən sənədlərin aqibətini düşünməli və erməni azğınlarına göz yummamalıdır.

"Kəlbəcər rayonundan seçilmiş deputat Adil Məmmədov bildirib ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı 4 qətnaməsi var və həmişə bunu əsas götürüb ermənilərə qarşı çıxış edə bilərik." Kəlbəcərin işğalı ilə əlaqədar olan bütün tədbirlərdə qətnamələrin yerinə yetirilmədiyini xatırladan deputatımız dünya dövlətlərinin Kəlbəcərin yeraltı və yerüstü sərvətlərinin talan olunmasına göz yummasına ciddi narazılığını bildirib.

Deputatlarımız dünya ictimaiyyətinə müraciət etmişlər : "Kəlbəcər qızılından hazırlanmış saatı taxmaqla işğalçıya dəstək olursunuz!"

Ermənistanla birgə "Frans Muller" saatlarını istehsal edən kompaniyanın rəhbəri, milliyyətcə erməni olan Vartan Sirmakes İsveçrədə 7 brend markanın, 14 istehsal müəssisəsinin sahibi, həm də İsveçrədəki erməni diasporonun əsas himayədarıdır. O, şirkətin Ermənistanda da nümayəndəliyini açıb və işğalçı ölkənin iqtisadiyyatına böyük yatırımlar edir. Bu yaxınlarda kəlbəcərli gənclərlə onlayn görüş keçirən Aqil Məmmədov qeyd edib ki, hər birimizin peşəmizdən, siyasi baxışımızdan, tutduğumuz mövqedən asılı olmayaraq, müharibə şəraitində yaşayan bir millət kimi ərazilərimizin işğaldan azad olunması uğrunda birlik nümayiş etdirməliyik.

Millət vəkili doğru olaraq vurğulayır ki, istisuyumuzu alan, qızılımızı istifadə edən, civə zavodundan yararlanan şirkətlərlə bağlı qəti addımlar atılmalıdır.

Nicat Ocaqlı sonda qeyd etdi ki, çox hörmətli millət vəkilimiz Aqil müəllimin tövsiyyə və təkliflərinə ciddi əməl edib, torpaqlarımızı hansı yolla olur, olsun, düşmən tapdağından azad etməliyik.

31 Oktyabr 2020 Azərbaycan Ordusunun döyüş ruhunu göstərən - VİDEO
30 Oktyabr 2020 İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 419-a çatıb
30 Oktyabr 2020 Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ
30 Oktyabr 2020 Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - RƏSMİ
29 Oktyabr 2020 Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN
29 Oktyabr 2020 Azərbaycanda yoluxanların sayı 1000-i keçdi
29 Oktyabr 2020 Fransanın Azərbaycandakı səfirindən Bərdə ilə bağlı paylaşım
29 Oktyabr 2020 "Onlar döyüş meydanlarından qorxaraq qaçırlar" -Hikmət Hacıyev
29 Oktyabr 2020 Qubadlının işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin görüntüsü - VİDEO
29 Oktyabr 2020 Ermənistanın 3-cü ordu korpusunda üsyan! - Döyüşdən imtina
28 Oktyabr 2020 Bərdədə insanlıq dramı - Qan donduran FOTOLAR
28 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistan insanları bombacıqlarla öldürməsindən heç bir dərs çıxarmayıb”
27 Oktyabr 2020 Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
27 Oktyabr 2020 Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 663 yeni yoluxma
27 Oktyabr 2020 "İham Əliyev bütün Azərbaycan gənclərinin qürur yeri, idealı, əvəzolunmaz lideridir!" - Namiq Muradov
27 Oktyabr 2020 Xalq artistinin qardaşı oğlu şəhid oldu - FOTO
27 Oktyabr 2020 İlham Əliyev hərbi əməliyyatların hansı şərtlər altında dayandıracağını açıqlayıb
26 Oktyabr 2020 Prezident Qubadlıya görə bu komandirləri təbrik etdi
26 Oktyabr 2020 İlham Əliyev: “Türkiyənin F-16-ları bizə mənəvi dəstək üçün buradadır”
26 Oktyabr 2020 Birinci vitse-prezidentin köməkçisi: “Qaniçən Paşinyan yenə müharibəyə təhrik edir”